Accessibility links

Təbrizin tarixi bazarındakı bir sıra kafe və restoranlar möhürlənib


Təbrizin Tarixi bazarındakı kafe və restoranlar
Təbrizin Tarixi bazarındakı kafe və restoranlar

Şərqi Azərbaycan vilayətində bəzi yerli xəbər portalları Təbrizin tarixi bazarı daxilində kafe və restoranların möhürlənməsi və lisenziyalarının ləğv edilməsi barədə məlumat yayıb.

İranda Ramazan ayında iş yerlərinin, xüsusilə restoran və kafelərin hökumət tərəfindən bağlanması və möhürlənməsi hallarının sayı artıb. Bu, sosial şəbəkələrdə təbrizli istifadəçilər tərəfindən tənqid olunub.

Xəbər portallarında möhürlənən kafe və restoranların turistlər tərəfindən rəğbətlə qarşılandığı və onların möhürlənməsi və lisenziyasının ləğv edilməsinin heç bir əsaslı səbəbi olmadığı qeyd edilib.

Sosial media istifadəçiləri Şiraz, Kaşan və İsfahan kimi şəhərlərdə kafe və restoranların tarixi məkanlarda Ramazan ayında turistlər üçün fəaliyyət göstərməyə davam etməli olduğunu irəli sürərək, Təbrizin tarixi məkanlarında bu iş yerlərinin bağlanmasını tənqid ediblər.

İnstagram kimi populyar sosial media platformalarında istifadəçilər bu iş yerlərinin məsullar tərəfindən möhürlənməsinin Təbrizin turizm sektoruna və bununla əlaqəli gəlir əldə edən sahələrə zərbə vurduğunu deyirlər.

Məsələ ilə əlaqədar vilayət rəsmiləri tərəfindən hələ açıqlama verilməyib.

Forum

XS
SM
MD
LG