Accessibility links

Məhkəmə AXCP Daşkəsən Rayon Şöbəsinin sədrinin şikayətini təmin etməyib


Sahib Məmmədzadə (Fotonu Məmmədzadənin özü təqdim edib)
Sahib Məmmədzadə (Fotonu Məmmədzadənin özü təqdim edib)

Aprelin 1-də Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən Rayon Şöbəsinin sədri Sahib Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından vəkilin verdiyi şikayəti təmin etməyib.

Vəkil Zabil Qəhrəmanov bildirib ki, Sahib Məmədzadənin saxlanıldığı zaman fiziki təzyiqə məruz qalması ilə bağlı prokurorluğa müraciət edilib.

“Hazırda Sahib Məmmədzadənin bu şikayəti araşdırılır”, o qeyd edib.

Martın 19-da Göygöl Rayon Məhkəməsi hakim Əyyub Kərimovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən Rayon Şöbəsinin sədri Sahib Məmmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə cinayət işi qaldırılıb.

Vəkilin sözlərinə görə, Sahib Məmmədzadə məhkəmədə ittihamı qəbul etmədiyini bildirib.

Sahib Məmmədzadə martın 18-də mal-qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb.

AXCP Məmmədzadənin siyasi fəaliyyəti ilə bağlı saxlanıldığını bildirib.

Forum

XS
SM
MD
LG