Accessibility links

Şimali Koreya daha bir hipersəsli raketi sınaqdan keçirib


Şimali Koreya bildirib ki, qonşuları və ABŞ ilə dərinləşən gərginlik şəraitində nüvə və raket proqramını genişləndirərək bərk yanacaqlarla təchiz edilmiş daha bir hipersəsli ortamənzilli raketi sınaqdan keçirib.

Şimali Koreya dövlət mediasının xəbəri Cənubi Koreya və Yaponiya hərbçilərinin Şimalın paytaxtı yaxınlığındakı daxili bölgədən şərq dənizinə doğru raket atdığını aşkar etmələrindən bir gün sonra yayılıb.

Şimali Koreyanın dövlət mediası bildirib ki, sınaqlara lider Kim Çen İn nəzarət edib və o, Hwasong-16B adlı raketi nüvə müharibəsi qarşısının alınmasının əsas hissəsi kimi qiymətləndirib və o, ABŞ, Cənubi Koreya və Yaponiyaya işarə edərək, “düşmənləri” ilə mübarizə üçün bu raketi daha da gücləndirəcəyinə söz verib.

Koreya Mərkəzi Xəbər Agentliyi bildirib ki, Kim Şimalın hazırda "müxtəlif mənzilli taktiki, əməliyyat və strateji raketlər" üçün nüvə qabiliyyətli, bərk yanacaq sistemləri hazırladığını deyib.

Son illər Şimali Koreya bərk yanacaqlarla daha çox silah inkişaf etdirməyə diqqət yetirir. Bu silahların hərəkəti və gizlədilməsi daha asandır və maye yanacaqla işləyən raketlərdən daha tez buraxıla bilər. Bu raketlər buraxılmazdan əvvəl yanacaqla doldurulmalı və yanacağı uzun müddətə kifayət etmir. 2021-ci ildən bəri Şimal səs sürətini beş dəfə aşmaq üçün nəzərdə tutulmuş hipersəs silahlarını sınaqdan keçirir. Təkmilləşdirilsə, bu cür sistemlər sürət və manevr qabiliyyətinə görə regional raketdən müdafiə sistemlərinə potensial olaraq problem yarada bilər.

“Çərşənbə axşamı günü sınaq zamanı raketin hipersəs sürüşmə başlığı buraxılış raketindən ayrıldıqdan sonra 101 kilometr yüksəkliyə qalxıb ( 62 mil) və Koreya yarımadası ilə Yaponiya arasındakı sulara enməzdən əvvəl müxtəlif uçuş manevrləri edərkən təxminən 1000 kilometr (621 mil) uçub”, KCNA bildirib.

Cənubi Koreya və Yaponiya hərbçiləri raketin təxminən 600 kilometr məsafədə uçduğunu bildirib. Baxmayaraq ki, Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın məlumatı ilə oxşar bəyanat yayıb. Şimal həmçinin yanvar ayında iddia edilən hipersəs IRBM-ni sınaqdan keçirib.

Mütəxəssislər deyir ki, bu kimi silahlar təkmilləşdirilsə, ABŞ-ın Sakit okeandakı uzaq hədəflərinə, o cümlədən Quam hərbi mərkəzinə çata bilər.

Kimin Rusiyanın Ukraynaya müdaxiləsindən raket və digər silahların sınaqlarını sürətləndirmək üçün diqqəti yayındırmağa çalışır. Bu da 2022-ci ildən regionda gərginliyi artırıb.

Birləşmiş Ştatlar və Cənubi Koreya Yaponiyanın iştirak etdiyi birləşmiş təlim və üçtərəfli təlimləri genişləndirməklə və ABŞ-ın strateji aktivləri ətrafında qurulmuş çəkindirmə strategiyalarını kəskinləşdirməklə cavab verir.

Birləşmiş Ştatlar son aylar Şimali Koreyaya qarşı güc nümayişi olaraq bölgəyə yerləşdirdiyi strateji aktivlərin, o cümlədən təyyarədaşıyan və raketatan sualtı qayıqların sayını artırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG