Accessibility links

Hamid Qaraoğlani Urmiyə həbsxanasına qaytarılıb


Hamid Qaraoğlani (Şəkil Iran Wire xəbər saytının X hesabından götürülüb.)
Hamid Qaraoğlani (Şəkil Iran Wire xəbər saytının X hesabından götürülüb.)

Urmiyədə siyasi məhbus Hamid Qaraoğlaninin məzuniyyət müddətininin bitməsi ilə şəhərin mərkəzi həbsxanasına qaytarıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, 13 illik həbs cəzasını çəkməkdə olan siyasi fəal cümə günü həbsxanaya qayıdıb. Qaraoğlani bir ay əvvəl 3 milyard tümənlik mülki zəmanət qarşılığında məzuniyyətə buraxılmışdı.

Hüquq müdafiəçiləri keçən yanvar ayında məhbusun aclıq aksiyası keçirərək tibbi məzuniyyət tələb etdiyinə dair məlumat yaymışdılar.

Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Hamid Qaraoğlani 2020-ci ilin iyun ayında İranın Kəşfiyyat Nazirliyinin qüvvələri tərəfindən nəzarət altına alınıb və nazirliyin iddiaları əsasında silahlı Xalqın Mücahidləri (MEK) qruplaşmasına üzv olmaqda ittiham edilib.

Prokurorluq siyasi fəala qarşı müharibə ittihami irəli sürüb və onun haqqında edam cəzası istəyib. Ancaq o, məhkəmə tərəfindən 13 il həbsə məhkum edilib.

Forum

XS
SM
MD
LG