Accessibility links

RFK oğul müstəqil namizəd kimi ABŞ prezident seçkilərinə təsir edə bilər


Robert F. Kennedi
Robert F. Kennedi

Heç bir siyasi təcrübəsi olmayan, lakin çox məşhur bir ada malik müstəqil bir şəxs Ağ Ev üçün uzun müddətdir təklif irəli sürüb və əsas partiya namizədlərindən narazı olan amerikalılardan müəyyən dəstək toplayıb.

70 yaşlı Robert F. Kennedi keçmiş Nyu-York senatoru, ABŞ baş prokurorunun oğlu və keçmiş prezident Con Kennedinin qardaşı oğludur. O, ekologiy məsələlər və daha çox vaksinlər haqqında sui-qəsd nəzəriyyələrini dəstəkləməsi ilə tanınır.

Təhlilçilər deyir ki, Kennedinin prezident seçkilərində qalib gəlməsi ehtimalı azdır. Ancaq son iki prezident seçkilərində olduğu kimi bir neçə ştatda bir neçə min səslə həll oluna biləcək yarışda Kennedi pozucu rolu oynaya ola bilər.

The Wall Street Journal tərəfindən bu həftə açıqlanan sorğularda Kennedi bir neçə mühüm ştatda seçicilərdən əhəmiyyətli dəstək alıb və görünür ki, növbəti prezidentin kim olacağını müəyyənləşdirə bilər.

Nevada ştatında seçicilərin 15, Arizonada 13, Miçiqanda 12, Şimali Karolina və Viskonsin ştatlarında 10% seçici Kennediyə səs verəcəyini bildirib. Kennedi Corciya və Pensilvaniya ştatlarında müvafiq olaraq 8% və 7%-lə daha az uğur qazanıb.

İndiki çətinlik Kennedinin bir namizəddən digərindən daha çox səs alıb-almadığını müəyyən etməkdir. Jurnalın sorğusu onun hər iki namizəddən, lakin Trampdan bir qədər çox səs topladığını göstərir.

Anketlərdə seçicilərdən Kennedinin daxil olmadığı namizədlər siyahısından seçim etmələri, sonra isə Kennedinin əlavə olunduğu siyahıdan yenidən seçim etmələri istənilib. Rəyi soruşulan yeddi ştatdan beşində Tramp Baydendən daha çox seçici faizini Kennedinin xeyrinə itirib. Lakin əksər hallarda bu fərq 1 faiz ətrafında olub.

Bununla belə, bəzi əvvəlki sorğular Kennedinin Trampdansa daha çox Baydendən səs aldığını göstərib və bir çox tanınmış sorğu ortalamaları bunun daha çox ehtimal olunan ssenari olduğunu göstərməkdə davam edir.

Kennedinin səs payı seçicilər onunla və onun siyasət mövqeləri ilə tanış olduqdan sonra dəyişə bilər.

ABŞ-ın ən məşhur siyasi ailələrindən birində anadan olan Kennedinin atası 1968-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürərdüyü vaxt sui-qəsd nəticəsində öldürüləndə onun cəmi 14 yaşı var idi. Bundan 5 il əvvəl Kennedinin əmisi öldürülmüşdü.

Kennedinin gəncliyi və erkən yetkinliyi narkomaniya ilə yadda qalıb. Yeniyetmə ikən narkotik istifadəsinə görə iki internat məktəbindən qovulduqdan sonra o, Harvard Universiteti, London İqtisadiyyat Məktəbi və Virciniya Universitetinin Hüquq Məktəbindən dərəcələr qazanıb.

Kennedi 1980-ci illərin əvvəllərində qısa müddət ərzində Manhetten üzrə prokuror köməkçisi olub, lakin Nyu-York ştatının vəkillik imtahanından keçərək 1983-cü ildə istefa verib. Elə həmin il o, heroin saxlamaqda ittiham edilərək həbs edilib.

Həbsindən sonrakı illərdə Kennedi Nyu-Yorkun çirkliliyi ilə məşhur Hudson çayını təmizləməyə həsr olunmuş Riverkeeper təşkilatı ilə əlaqəli görkəmli hüquqi və ekoloji fəala çevrilərək özü üçün yeni bir şəxsiyyət yaradıb. Sonrakı onilliklərdə o, böyük korporasiyalara qarşı bir neçə iri məhkəmə işlərini qazanaraq vəkil və ekologiya müdafiəçisi kimi xeyli uğur əldə edib.

Forum

XS
SM
MD
LG