Accessibility links

Netanyahu: ABŞ-ın qarşı çıxdığı Rafah hücumunun tarixi təyin olunub


İsrailin Baş naziri Benyamin NetanyahuQəzzanın cənubundakı Rəfah şəhərinə qurudan hücum üçün açıqlanmayan tarixin təyin edildiyini, HƏMAS silahlı qruplaşmasının atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifi nəzərdən keçirdiyini deyib.

İsrail lideri Qüdsdə deyib: "Bu gün mən Qahirədəki danışıqlarla bağlı ətraflı hesabat aldım. Biz davamlı olaraq məqsədlərimizə çatmaq, ilk növbədə bütün girovlarımızı azad etmək və HƏMAS üzərində tam qələbəyə nail olmaq üçün çalışırıq. Bu qələbə üçün Rəfaha daxil olmaq və oradakı terrorçu batalyonların məhv edilməsi lazımdır. Bu baş verəcək. Tarix var"

ABŞ dərhal Netanyahunu qınayıb.

Pentaqonun sözçüsü "Biz çox açıq şəkildə bildirdik ki, Rəfahdakı əməliyyatları dəstəkləmirik" deyib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq orada sığınan bir milyondan çox fələstinli mülki vətəndaşla bağlı "əsaslı" humanitar narahatlıqları nəzərə alaraq, "biz orada hər hansı əməliyyatları necə aparacaqlarına dair etibarlı plan görmək istəyirik, biz onların rəsmi planının irəli sürüldüyünü görməmişik"- deyə, bildirib.

Həftə sonu Qahirədə keçirilən atəşkəs danışıqlarında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Burns, İsrail, HƏMAS və Qətər rəsmiləri dəiştirak edib. Ağ Ev danışıqları “ciddi” adlandırıb.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə bildirib ki, “HƏMAS-a təklif təqdim olunub və HƏMAS-ın cavabını gözləyirik”.

Atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların davamı və uzadılmış müharibə təhlükəsi ABŞ prezidenti Co Baydenin Netanyahuya ABŞ-ın İsrailin müharibə səylərinə dəstəyində dəyişiklik ola biləcəyi barədə xəbərdarlıq etməsindən bir neçə gün sonra baş verir.

Bayden İsraildən aclıqdan əziyyət çəkən fələstinlilərə yardım məqsədi ilə mühasirədə olan müharibə zonasına daha çox humanitar yardıma dərhal icazə verməsini və danışıqlar aparanlara dərhal atəşkəsə nail olmaq səlahiyyətini verməsini tələb edib.

Baydenin tələbləri İsrailin hava hücumu nəticəsində Qəzzaya ərzaq çatdırmağa çalışan 7 beynəlxalq yardım işçisinin öldürülməsindən sonraya təsadüf edib.

Pentaqon bildirib ki, ABŞ Müdafiə naziri Lloyd Austin bazar ertəsi İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında mesajı daha da gücləndirib.

Ostin “Qəzzəyə humanitar yardımın çatdırılmasını kəskin şəkildə artırmaq” ehtiyacını, həmçinin World Central Kitchen yardım qrupunun işçilərinin ölümünə səbəb olan tətillə bağlı İsrail ordusunun araşdırmasını müzakirə edib.

İsrail rəsmiləri yaxın günlərdə ABŞ-ın İsrailin Rəfaha mümkün hücumu ilə bağlı narahatlığını dinləmək üçün Ağ Evə səfər etməlidir.

HƏMAS-ın oktyabrın 7-də İsrailə 1200 nəfərin ölümü ilə nəticələnən şok hücumu zamanı ələ keçirdiyi 250-yə yaxın insan arasındann Qəzzada hələ də 100-ə yaxın girov saxladığı güman edilir.

Fevralın ortalarına olan məlumata görə, noyabrda bir həftəlik atəşkəs nəticəsində 112 girov azad edilib, daha 36 nəfər isə altı aylıq döyüşlər zamanı Qəzzada ölüb və ya öldürülüb.

Qəzzanın HƏMAS tərəfindən idarə olunan Səhiyyə Nazirliyi İsrailin əks-hücumları nəticəsində üçdə ikisi qadın və uşaq olmaqla, 33 mindən çox insanın həlak olduğunu bildirib.

İsrail isə minlərlə militantın öldürüldüyünü deyir.

Forum

XS
SM
MD
LG