Accessibility links

Milli Şura mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib


Milli Şuranın mitinqi (Arxiv foto)
Milli Şuranın mitinqi (Arxiv foto)

Aprelin 15-də Demokratik Qüvvələrin Milli Şurası aprelin 21-də mitinq keçirmək üçün şəriat yaradılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müraciəti Milli Şuranın üzvü Vidadi Mirkamal, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nurəddin Məmmədli, bu partiyanın Rəyasət Heyətinin üzvləri Saqif Qurbanov, Məmməd İbrahim, Bəxtiyar İmanov və Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının İdarə Heyətinin üzvü Hüseyn Məlikov imzalayıb.

Müraciətdə Milli Şura aprelin 21-də saat 15-dən 17-dək konstitusiya hüququndan istfadə edərək 28 May metro stansiyasının qarşısındakı Cəfər Cabbarlının heykəlinin önündə, Nərimanov metro stansiyasının qarşısndakı meydanda və ya Yasamal rayonundakı Məhsul stadionundan birində 10 min nəfərin mitinq keçirməsi üçün şərait yaradılması barədə Bakı şəhər İcra Hakimiyyətini xəbərdar edib.

Aksiyanın “Siyasi məhbuslara azadlıq”, “Seçki islahaları tələb edirik”, “Rusiya silahlı qüvvələri Azərbaycandan çıxarılsın”, “Uşaq pulu verilsin, maaşlar, pensiyalar, müavinətlər artırılsın”, “Avropa İttifaqı ilə Assosasiya sazişi imzalansın”, “Quru sərhədləri açıslın” şüar və tələblər ilə keçirilməsi nəzərdə tutulub.

Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə deyib ki, Milli Şuranın mitinq qərarı artıq beş ildən çoxdur hökumətin vətəndaşlara konstitusiya ilə verilmiş kütləvi toplşama hüququndan istifadəyə imkan verməməsi zərurətindən irəli gəlib.

Cəmil Həsənli: Hökumət Rus Ordusunun Azərbaycanda qalma səbəbi barədə izahat verməlidir
please wait

No media source currently available

0:00 0:04:09 0:00

“Ölkədə siyasi məhbusların sayı 289 nəfərə çatıb. Siyasi baxımdan sonuncu dəfə prezident seçkiləri keçirildi və başdan-ayağa qədər saxtalaşma oldu. Seçki Azərbaycan xalqının iradəsini təmin etmədi. Ona görə də azad seçki tələbinə çox böyük zərurət var. İnsan haqları ilə bağlı kütləvi pozuntular və digər səbəblər var. Azərbaycan nümayəndə heyətini Avropa Şurasında mandatdan (bir il müddətinə səsvermə hüququndan-red) məhrum ediblər. Bu da ciddi səbəblərdən biridir. Hökumət hesabat verməlidir ki, bu niyə baş verib?”, o qeyd edib.

Həsənli mitinqin keçirilməsini zəruri edən səbəblərdən birinin də sosial tələblər olduğunu deyib.

“Azərbaycan yerləşdiyi coğrafiyada və dünyada uşaq pulu verməyən tək ölkələrdən biridir. Bizim əhatəmizdə olan bütün ölkələr, hətta məğlub Ermənistan, qonşu Gürcüstan, Türkiyə, İran, Mərkəzi Asiya respublikalarının hamısı uşaq pulu verir. Bu halda Azərbaycan uşaqlarının günahı nədir? Adambaşına düşən illik gəlirə görə Azərbaycan istisnasız olaraq qonşu ölkələrin hamsısından aşağıdadır. Belə bir halda Azərbaycan niyə uşaq pulu verməməlidir? Ciddi sosial problemlər var. Sığorta sistemi işləmir, kənd təsərrüfatı ağır vəziyyətdədir”.

O ümumiləşdirərək deyib ki, ölkədə əsasən üç sahədə - siyasi, sosial və humanitar sahədə problemlər var.

“Milli Şura bunları nəzərə alaraq mitinq təyin edib. Yəni Azərbaycan hakimiyyətinin kütləvi aksiyaları qadağan etməsi daimi davam edə bilməz”.

Milli Şuranın sədri təhlükəsizliklə bağlı tələblərdən biri kimi Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasını vacib sayır.

“Faktiki olaraq ermənilər Azərbaycan ərazisini tərk edəndən sonra Rusiya Ordusunun Azərbaycanda qalmasının anlamı nədir? Hökumət bunun normal izahını verməlidir. Bir müddət uydurdular ki, onlar guya ermənilərdən müsadirə olunan silahları saxlayırlar. Guya bu silahları saxlamağa Azərbaycanın hansısa bir batalyonu yoxdur? Bunu gərək hökmən rus kontingenti saxlasın? İndi də belə bir tezis ortaya atıblar ki, guya bu sülhməramlılar Xocalı və ətraf ərazilərdə minaların təmizlənməsi ilə məşğul olacaq. Əvvəla mina təmizlənməsi üçün xüsusi hazırlığı olan yarımhərbi təşkilat lazımdır. Biz bildiyimiz qədər, elə hamının bildiyi qədər bu kontingentdə xidmət edənlərin belə bir hazırlığı yoxdur. Yəni bunlar sülhməramlı konringent adı ilə gəlib və onların funksiyası tamamilə başqadır. Bunlardan guya mina təmizləyən kimi istifadə etmək Azərbaycan hakimiyyətinin Azərbaycan xalqına dediyi yalanlardan biridir. Sadəcə bu, Rus qoşununu Azərbaycanda saxlamaq cəhdidir. Biz bunu ona görə mitinqin tələblərinə salmışıq ki, Azərbaycan haklimiyyəti izahat versin. Rus qoşununun Azərbaycanda qalma səbəbi aradan qalxdığı halda bu qoşunları niyə indiyədək ölkədə saxlayır. Bu, ölkənin təhlükəsiziliyi ilə bağlı məsələdir”, o qeyd edib.

Həsənli mitinqin keçirilməsinə şərait yaradılmasa, Bakı şəhər İcra Hakimiyyətinin cavabına uyğun olaraq müzakirə edib müvafiq qərar qəbul ediləcəyini deyib.

Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə bütün fundamental azadlıqların, o cümlədən toplaşma azadlığının, azad və demokratik seçki hüququnun tam təmin edildiyini bildirir. Rəsmi Bakı ölkədə siyasi məhbus olması ilə bağlı iddiaları qəbul etmir, insan hüquqları ilə bağlı tənqidləri rədd edir. Ölkə rəsmiləri bir qayda olaraq dövlət büdcəsinin sosial yönümlü olduğunu bəyan edir.

Bununla yanaşı, Azərbaycan dünyada azadlıqlar indeksində, həmçinin media azadlığı, korrupsiya indekslərində 180 ölkə arasında 150-ci yerlərdə qərarlaşıb. Ölkə beynəlxalq reytinqdə qeyri-azad ölkələr sırasındadır.

Forum

XS
SM
MD
LG