Accessibility links

Azərbaycan Avropa Şurasının Terrorun qarşısının alınmasına dair Konvensiyasına Əlavə Protokolu ratifikasiya edib


Aprelin 12-də Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Fəxrəddin İsmayılov Avropa Şurasının Baş Katibinə Azərbaycan tərəfindən Avropa Şurası Parlament Assambleyasının ratifikasiyasına dair Əlavə Protokolun təsdiq edilməsi haqqında sənədi təqdim edib.

Avropa Şurasından Amerikanın Səsinə verilən məlumata görə, terrorizmin qarşısının alınması üzrə Avropa Şurasının Konvensiyası üzrə Əlavə Protokol Azərbaycanda 2024-cü il avqustun 1-dən qüvvəyə minir.

Məlumatda deyilir ki, AŞ-nın "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyanın Əlavə Protokolu terrorçuluq məqsədilə birlik və ya qrupda iştirak etmək, terror təliminə cəlb olunmaq, terrorçuluq məqsədi ilə xaricə səfər etmək və ya belə məqsədli səfəri təşkil etmək və maliyyələşdirməyi cinayət əməli kimi müəyyən edir, həmçinin sürətli məlumat mübadiləsini asanlaşdıran sutkada 24 saat fəaliyyət göstərən milli əlaqələndiricilər şəbəkəsinin yaradılmasını nəzərdə tutur.

Azərbaycanın Avropa Şurasına üzv olmasından bəri ilk dəfə azərbaycanlı deputatlar sessiyada iştirak etmirlər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsi yanvar ayında baş tutan qış sessiyasında qəbul edilməyib və daha sonra keçirilən səsvermə ilə azərbaycanlı deputatların Assambleyada iştirakı dondurulub. AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi və Azərbaycanın qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.

Forum

XS
SM
MD
LG