Accessibility links

Nəsimi Məmmədli: Qardaşımın müalicə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətimizə cavab vermirlər


Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert
Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert

“Ələsgər bəyin müalicə müəssisəsinə köçürülməsi, müalicə və müayinəsini orda davam etdirməsi üçün Ədliyyə Nazirliyinə və Penitensiar xidmətə vəkilin rəsmi elektron müraciətinə hələ də rəsmi cavab verilməyib”.

Bu barədə Amerikanın Səsinə Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, aprelin 12-də təcridxanada Ələsgər Məmmədlinin yenidən ultrasəs müayinəsi aparılıb.

“Müayinə zamanı qalxanabənzər vəzində düyün (şiş) olduğunu yenidən təsdiq ediblər. Amma bildiriblər ki düyünün ölçüsü 18-19 millimetrdir. Hansı ki, həbsdən öncəki müayinə zamanı bu ölçünün 23 millimetr olduğu aşkar olunmuşdu və müayinənin nəticəsini təsdiq edən tibbi sənədlər də var. Ələsgər bəylə sonuncu dəfə aprelin 12-də görüşəndə o, yenə də boğulma hissindən əziyyət çəkdiyini biildirdi. Təcridxanada iynə biopsiyasının edilməsinə şərait yoxdur. Əlavə diaqnoz və müalicə üçün özəl klinikalara müraciət olunmalıdır”, o qeyd edib.

Qardaşı bildirib ki, Ələsgər Məmmədlinin səhətindəki problemə görə aprelin 8-də Ombudsmana rəsmi müraciət efib.

“Dünən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının rəsmi cavabını almışam. Onlar mənim müraciətimi Ədliyyə Nazirliynin Baş Tibb idarəsinin rəisi vəzifəsini icra edən Rəfail Mehdiyevə göndəriblər. Əlavə müayinə və iynə biopsiyası üçün özəl klinikalardan birində bizim öz vəsaitimiz hesabına bu prosedurun aparılmasına şərait yaradılması tövsiyə olunub”, o qeyd edib.

Nəsimi Məmmədli hesab eidr ki, qardaşı heç bir sübut, dəlil, əsas olmadan həbs edilib.

“Onun həbsinin iki səbəbi var. Birincisi, Toplum TV-nin təsisçisi olması ilə bağlıdır. Belə ki, hər kəsə çatımlı, balanslı, obyektiv bir YouTube kanalının olmasından narahat olanlar onun azadlığını məhdudlaşdırıb və Toplum TV-ni faktiki sıradan çıxarıblar.

İkincisi isə Ələsgər bəyin ölkədə rəsmi media siyasətinə tənqidi münasibəti, habelə, ölkə qanunlarına və beynəlxalq konvensiyalara uyğun samballı hüquqi təhlillərindən, analizlərindən narahat olan şəxslərin siyasi qərarıdır”, o bildirib.

Nəsimi Məmmədlinin fikrincə, səhhətində problem olduğunu bilərək “Ələsgər bəy kimi dəyərli bir aydını heç bir təqsiri olmadan həbsdə saxlamaq onun həyatına sui-qəsdə bərabərdir”.

Xatırlatma

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət etməyi tövsiyə edib.

Öz növbəsində, Ədliyyə NazirliyInin Tibb Baş İdarəsinin isə məlumat telefonları vasitəsi ilə hər hansı məlumat alma1q mümkün olmayıb.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG