Accessibility links

Ukrayna Rusiyanın 9 dronunu vurub


Ukrayna ordusu çərşənbə axşamı bildirib ki, Rusiyanın ölkənin bir neçə hissəsini hədəf alan hücumlarında istifadə olunan doqquz dronun hamısını vurub.

Ukrayna hava qüvvələri bildirib ki, dronlar Xerson, Mikolayiv, Xmelnitski, Poltava, Çerkası və Dnipropetrovsk regionları üzərində vurulub.

Düşən dron qalıqlarının ziyan və ya xəsarətə səbəb olduğuna dair xəbər yayılmayıb.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi Qərb müttəfiqlərini Ukraynaya da İranın İsrailə qarşı hava hücumlarının qarşısını aldıqları zaman İsrailə qarşı göstərdikləri “birliyi” göstərməyə çağırıb.

Zelenski Telegram postunda Ukraynaya əlavə hava hücumundan müdafiə yardımı edən müttəfiqlərə təşəkkür edib, ancaq deyib ki, “Rusiya hücumlarının intensivliyi” İsrailin müdafiəsində sərgilədikləri kimi “daha böyük birlik tələb edir”.

“Eynisi Ukraynanın terrordan müdafiəsində də mümkündür ki, o da, İsrail kimi, NATO üzvü deyil”, o əlavə edib. Zelenski Ukrayna sursat çarışmazlığı yaşadığı və Rusiya hücumlarının qarşısını almaq üçün daha çox hava hücumundan yardım istədiyi bir vaxtda müttəfiqlərini “siyasi iradə” göstərməyə çağırıb.

ABŞ-ın yardım paketi

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bazar ertəsi elan edib ki, Nümayəndələr Palatası Ukraynanı əlavə hərbi yardımla təmin etməklə bağlı qanun layihəsini nəzərdən keçirəcək.

Prezident Co Bayden 95 milyar dollarlıq yardım paketi hazırlayıb ki, buna İsrail və başqa ölkələrə yardımla yanaşı Ukraynaya 60 milyard dollar yardım daxildir.

Qanun layihəsi Demokratların nəzarət etdiyi Senatdan keçsə də, Conson onu Nümayəndələr Palatasında səsverməyə qoymaqdan imtina edib. Conson bazar ertəsi deyib ki, Nümayəndələr Palatası onun əvəzinə İsrail, Ukrayna və Hind-Sakit okeanı regionu müttəfiqlərinə yardım, habelə ölkədaxili sərhəd təhlükəsizliyi qanun layihələrini ayrı-ayrı nəzərdən keçirəcək.

Bir çox mühafizəkar Respublikaçı qanunverici, xüsusilə də Ukraynaya Moskvaya qarşı mübarizəsində yardım etməyə skeptik yanaşan sabiq prezident Donald Trampa yaxın olanlar Ukraynaya əlavə milyardlarla dollar göndərməyə kəskin şəkildə qarşı çıxırlar.

Forum

XS
SM
MD
LG