Accessibility links

Bayden Yaxın Şərqdə gərginliyin artması fonunda İraqın Baş naziri ilə görüşüb


Bazar ertəsi ABŞ prezidenti Co Bayden İraqın Baş nazirini qəbul edərkən bütün diqqətlər həftə sonu İsrailə presedenti olmayan hava zərbələri endirən İrana yönəlmişdi. Bu hücum daha geniş regional müharibə ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Hücum liderlərin İslam Dövlətinə qarşı qarşılıqlı mübarizəsi, iqtisadi məsələlər və İraqın enerji müstəqilliyi və modernləşdirilməsi istiqamətində irəliləyişinin müzakirəsi məqsədi daşıyan və əvvəlcədən planlaşdırılan görüşünü təsirli şəkildə kölgə altına alıb.

“İki lider İraq və Birləşmiş Ştatlar arasında davamlı strateji tərəfdaşlığa sadiqliklərini bir daha təsdiqləyib və 2008-ci il ABŞ-İraq Strateji Saziş çərçivəsində hərtərəfli əməkdaşlığa dair baxışlarını müzakirə edib” - deyə, Baş nazir Məhəmməd Şiya Əl-Sudani və Bayden arasındakı görüşdən sonra iki lider verdikləri birgə bəyanatda bildirib.

Bu arada, Ağ Ev rəsmiləri İranın zərbədən əvvəl açıq xəbərdarlıq etdiyinə dair xəbərləri təkzib edib. Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi bu kimi xəbərləri “cəfəngiyyat” adlandırıb.

“Təsəvvür edirsinizmi ki, İran telefonu götürüb deyəcək: “Hey, biz İsraili 300 qanadlı raket və pilotsuz təyyarə ilə darmadağın etməyə çalışırıq"- deyə, o bildirib.

Kirbi vurğulayıb ki, İsrailin cavabı “İsrailin qəbul edəcəyi bir qərardır”.

ABŞ İranın hava hücumunu uğursuzluq kimi səciyyələndirsə də, İraq lideri etiraf edib ki, İsrail və HƏMAS arasında münaqişə regionda böyük narahatlıq doğurur.

Sudani "Biz minlərlə dinc insanın, qadının və uşağın həyatına son qoyan bu müharibəni dayandırmaq üçün həqiqətən çox səbirsizik. Biz münaqişə zonasının genişlənməsini dayandırmaq üçün bütün səyləri təşviq edirik" deyib.

ABŞ-ın İraqda onilliklər əvvəl hərbi müdaxiləsindən sonra iki ölkə arasındakı münasibətlər olduqca həssasdır. ABŞ-ın İraqdakı zenit qüvvələrindən İran raketlərinin bir hissəsinin vurulması üçün istifadə edilib.

Bayden deyib ki, İranın uzun müddətdir rəqibi olan İraq sülhün qorunmasında rol oynamalıdır.

Bazar ertəsi səhər Sudaninin müavini ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşüb, onlar hücumun qarşısını alan regional əməkdaşlığı alqışlayıb və gərginliyin azaldılmasına çağırıb.

İki ölkə arasında əldə edilən digər razılaşmalar Bayden administrasiyasının səfərdən əvvəl mart ayında qeyd etdiyi prioritetlər üzərində cəmlənib. Bunlar enerji müstəqilliyi, regional təhlükəsizlik və “İŞİD-in davamlı məğlubiyyəti” kimi məsələlərdən ibarətdir.

Forum

XS
SM
MD
LG