Accessibility links

Gallup: ABŞ institutlarına inam azalmaqda davam edir


Gallup-ın təhlilinə görə, hökumət, məhkəmə sistemi və ordusuna ictimai inamın azaldığı ABŞ Yeddilik Qrupu (G7) ölkələrinin əksəriyyətini geridə qoyub.

Amerikalıların təxminən 68%-i öz milli hökumətlərinə inamsızdır. Məhkəmə sisteminə etimad 42% səviyyəsindədir. Hətta ənənəvi olaraq populyar bir qurum olan ABŞ ordusunda da ictimai etimadın 2021-ci ildəki 90%-dən keçən il 81%-ə düşdüyü bildirilir.

G7 aparıcı sənaye dövlətlərindən ibarətdir: Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ. G7 ölkələri arasında Almaniya ordusuna ictimai etimad ən aşağı səviyyədədir, restopdentlərin təxminən 60%-i orduya etimadsızlıq ifadə edib.

Amerika ictimaiyyəti ölkənin hərbi büdcəsində bölünmüş görünür, baxmayaraq ki, Birləşmiş Ştatlar ordusuna bütün digər G7 ölkələrinin hamısından daha çox pul xərcləyir.

Təxminən 35% xərclərin çox yüksək olduğunu, 29% çox aşağı olduğunu, 33% isə bunu düzgün məbləğ hesab edir.

Gallup-un analitiki Benedikt Viqers Amerikanın Səsinə deyib: “Bütün bunları izah edən bir amil yoxdur. Bu məlumatlar amerikalılar arasında insanların siyasi institutlarına inamından kənara çıxan daha geniş tendensiyanın bir hissəsi kimi hiss olunur".

Ekspertlər cəmiyyətin idarəetmə institutlarına inamını dövlət xidmətlərinin keyfiyyəti, korrupsiya və səlahiyyətdən sui-istifadə hallarına qarşı tədbirlər, gəlir və sərvət bərabərsizliyi ilə mübarizənin keyfiyyəti ilə əlaqələndirir.

“Dövlət qurumlarının effektivliyi vətəndaşların və müəssisələrin onlara göstərdiyi etimaddan asılıdır”, Dünya Bankının ötənilki hesabatında deyilir.

Amerika təsisatlarına ictimai inam azalır, bu, hökumət orqanlarından da kənara çıxır. Kilsələrə və mütəşəkkil dinə inam durmadan azalır və amerikalıların 30%-i rekord keçən il rekord səviyyədə “çox az” inam ifadə dib.

Bu, Gallup-ın 1973-cü ildən bəri bu sualı verməyə başlamasından bəri bəri ən yüksək rəqəmdir.

Güvən eroziyası mediaya da təsir edir, amerikalıların 40%-dən çoxu xüsusilə qəzet və televiziyaya çox az etimad göstərdiyini bildirir.

Forum

XS
SM
MD
LG