Accessibility links

Yaxın Şərqdə durum və ABŞ-ın liderliyi - prezident seçkilərinin diqqət mərkəzində


Yaxın Şərqdə durum və ABŞ-ın liderliyi - prezident seçkilərinin diqqət mərkəzində
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Yaxın Şərqdə durum və ABŞ-ın liderliyi - prezident seçkilərinin diqqət mərkəzində

ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp Qəzza müharibəsində və İranla münaqişədə İsraili dəstəkləyir. Yaxın Şərqdə baş verən hadisələr və ABŞ-ın rolu prezident seçki kampaniyasının diqqət mərkəzindədir.

İranın İsrailə hücumu və Amerikanın Yaxın Şərqdə rolu ABŞ-da hazırkı prezident seçki kampaniyasının mövzuları olaraq hansı namizədin İsraili daha çox dəstəkləməsi ilə bağlı rəqabəti təmsil edir.

Prezident Co Bayden Birləşmiş Ştatların hücuma reaksiyasınl izləyirdi. O bu həftə İraqın baş naziri ilə görüşdə ABŞ-ın İsrailə dəstəyini bir daha təsdiqlədi.

ABŞ prezidenti Co Bayden: “Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir. Biz girovları evlərinə qaytaracaq və münaqişənin mövcud olduğundan daha geniş yayılmasının qarşısını alacaq atəşkəsə sadiq qalırııq. Biz həmçinin gerionda şəxsi heyətimiz və İraq da daxil olmaqla tərəfdaşlarımızın təhlükəsizliyinə sadiqik.”

Bayden siyasi baxımdan HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə kömək etmək üçün daha çox iş görmək və Qəzzaya hücumlarla bağlı İsrailə qarşı daha sərt münasibət göstərmək kimi fərqli çağırışlarla üzləşir.

Onun opponenti olan Donald Tramp isə heç bir səbəb göstərmədən deyir ki, əgər o hələ də prezident olsaydı, Yaxın Şərqdə zorakılıqların heç biri baş verməzdi.

ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp: “Mən demək istəyirəm ki, Allah İsrail xalqını qorusun. Onlar indi hücuma məruz qalırlar. Bunun səbəbi odur ki, biz böyük zəiflik göstəririk. Bu baş verməzdi. Göstərdiyimiz zəiflik inanılmazdır. Biz hakimiyyətdə olsaydıq belə olmazdı. Bilirsiniz ki, onlar bunu bilirlər. Bunu hamı bilir.”

Trampın seçki kampaniyası Trampın sosial media platformasında və Nümayəndələr Palatasının spikeri Mayk Conson da daxil olmaqla, Respublikaçı qanunvericilər vasitəsilə Baydeni İsrailə münasibətdə zəif kimi göstərməyə çalışır.

Nümayəndələr Palatasının spikeri Mayk Conson: “Co Bayden anti-İsrail prezidentinə çevrildi. Bunu başqa cür xarakterizə etmək mümkün deyil. O, tarixi və vacib müttəfiqimizlə birlikdə olmaqdansa, tərəfdarları arasında antisemitizmi sakitləşdirməkdə daha maraqlı görünür.”

Miçiqan ştatında seçici Karol Plisner deyir ki, Bayden İsraili dəstəkləməyə davam etməlidir.

Karol Plisner, seçici: “Düşünürəm ki, prezident Baydenin vəziyyətə ilkin reaksiyası faydalı və dəstəkləyici oldu. Fikrimcə, zaman keçdikcə bu, daha çox şübhə doğuran bir vəziyyətə gəldi. Mən hesab edirəm ki, Birləşmiş Ştatlar bütün dünyada demokratiyanı dərindən müdafiə edən mövqe tutmalıdır və bu, İsrailə dərin hörmət deməkdir”.

Miçiqan ştatında daha bir seçici Mohamed Mauri deyir ki, Baydenin Qəzza zolağında İsraili dəstəkləməsi ona qarşı çıxmaq üçün səbəbdir.

Mohamed Mauri, seçici: “O, minlərlə kilometr uzaqda baş verən fəlakətin ortağıdır. İnsanlar bunun bizə zərər vermədiyini düşünür, amma bu, belə deyil. Biz öz pulumuzla yardım edirik”.

Keçən ay Pew Research tərəfindən aparılan sorğular bu mövzuda dərin fikir ayrılıqlarının olduğunu göstərir, belə ki, ABŞ seçicilərinin təxminən 20 faizi Baydenin düzgün balans saxladığını, daha 20 faizi İsraili, 16 faizi isə Fələstinliləri dəstəklədiyini bildirib.

Sorğuda iştirak edən ən böyük qrup Baydenin problemi nə dərəcədə yaxşı həll etdiyinə əmin olmadığını bildirib.

Forum

XS
SM
MD
LG