Accessibility links

Blinkenin Çin səfərindən gözləntilər böyük deyil


Blinkenin Çin səfərindən gözləntilər böyük deyil
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Blinkenin Çin səfərindən gözləntilər böyük deyil

ABŞ Dövlət katibi Antoni Blinken Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərq böhranı, Çin dənizi və insan hüquqları da daxil olmaqla, bir sıra məsələlərin müzakirəsi üçün Şanxay və Pekində yüksək səviyyəli rəsmilərlə danışıqlar aparacağı Çinə səfər edir.

ABŞ Dövlət katibi Antoni Blinken Asiyadan Yaxın Şərqə qədər Dövlət Departamentinin İnsan Haqları Təcrübələri üzrə illik Ölkə Hesabatını açıqladıqdan sonra Çinə səfər edəcəyini və orada hüquq məsələlərini qaldıracağını bildirib.

“Birmadakı rohincalar, Sincandakı uyğurların hər biri soyqırımın, insanlığa qarşı cinayətlərin qurbanıdır. Birləşmiş Ştatlar dərin narahatlığını birbaşa məsul hökumətlərə çatdırmağa davam edəcək”.

Blinken həmçinin Çinin Ukrayna ilə müharibəsində Rusiyaya dəstəyindən danışıb. Birləşmiş Ştatlar Yeddilik Qrupuna daxil olan digər ölkələrlə birlikdə Çini Rusiyanın hərbi istehsalının inkişafı üçün istifadə etdiyi ikili təyinatlı materialların və silah komponentlərinin ötürülməsini dayandırmağa çağırıb. ABŞ zəruri hallarda əlavə addımlar atmağa hazır olduğunu bildirib.

Lakin Pekin Vaşinqtonun narahatlığını rədd edib.

“Prinsipcə, Çin və Rusiya arasında müxtəlif sahələrdə normal əməkdaşlıq pozulmamalı və məhdudlaşdırılmamalıdır”, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.

ABŞ-ın keçmiş hərbi rəsmiləri deyir ki, daha çox sanksiyalara ehtiyac var.

“Rusiyanın müharibə səyləri, şübhəsiz ki, Çin, İran və Şimali Koreya tərəfindən dəstəklənir və ABŞ-ın Çini buna görə məsuliyyətə cəlb etmək qabiliyyəti sanksiyalardan keçir”, Demokratiyaların Müdafiəsi Fondundan Mark Montqomeri bildirib.

Analitiklərin fikrincə, Vaşinqton oxşar tədbirlərə Avropa müttəfiqlərini də cəlb edir.

“ABŞ-dan fərqli olaraq, Avropa İttifaqı çinli şəxslər və ya şirkətlərə ABŞ ilə eyni dərəcədə sanksiya tətbiq etməyib. Beləliklə, G7 görüşü zamanı bu kimi ölçülər üçün avropalılardan daha çox dəstək almağa cəhd edilə bilər” - deyə, Vaşinqtonda yerləşən Stimson Mərkəzinin baş işçisi Kelli Qriko bildirib.

Blinkenin gündəmindəki digər aktual məsələlər arasında narkotiklərlə mübarizə, süni intellektlə bağlı danışıqlar və Cənubi Çin dənizi ilə bağlı gərginlik fonunda hərbi əlaqənin gücləndirilməsi daxildir. Lakin ABŞ rəsmiləri və analitikləri Blinkenin Çin görüşlərindən böyük irəliləyişlər gözləmir.

Forum

XS
SM
MD
LG