Accessibility links

Bayden 95 milyard dollarlıq xarici yardım paketini imzaladı


Bayden 95 milyard dollarlıq xarici yardım paketini imzaladı
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Bayden 95 milyard dollarlıq xarici yardım paketini imzaladı

Prezident Co Bayden ABŞ Konqresində aylarla davam edən gərgin danışıqlardan sonra Ukrayna, İsrail və Tayvana 95 milyard dollar məbləğində yardımı nəzərdə tutan qanunu imzalayıb.

Təcili ehtiyac duyulan hərbi sursat və təchizat aylarla gözlədikdən sonra tezliklə Ukraynaya göndəriləcək.

ABŞ prezidenti Co Bayden çərşənbə günü Ukraynaya 60 milyard dollardan çox yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb.

Prezident Co Bayden: “Bu paket sözün əsl mənasında təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyinə və öz təhlükəsizliyimizə qoyulan investisiyadır”.

Ukraynalı qanunvericilər maliyyə təsdiq edildikdən sonra yardımın sürətlə çatdırılmasını gözləyir.

Ukraynalı deputat David Araxamia: “Daşımaların logistikası kifayət qədər yaxşı qurulub. Cəbhə xəttinə çatdırılma adətən 48 saatdan çox çəkmir”.

Rusiya gözlənilən silahların iki ildir davam edən münaqişəyə göstərə biləcəyi təsirin əhəmiyyətini azaldıb.

“Yəqin ki, artıq hazır olan bütün bu yeni silah partiyaları cəbhədə dinamikanı dəyişməyəcək”, Kremlin sözçüsü Dmitri Peskov bildirib.

ABŞ-ın xarici münaqişələrdə iştirakı ilə bağlı aylarla davam edən müzakirələrdən sonra Senat çərşənbə axşamı 79 lehinə, 18 əleyhinə səslə qanun layihəsini böyük səs çoxluğu ilə təsdiq edib.

Senatda azlıq lideri Mitç Makkonnell yardımın təsdiqi üçün həmkarı, demokrat Çak Şumerlə sıx əməkdaşlıq edib.

Senatda çoxluqda olan Demokratların lideri Çak Şumer: “Biz müttəfiqlərimizə deyirik ki, biz sizinlə dayanırıq. Rəqiblərimizə deyirik ki, bizimlə çəkişməyin. Biz dünyaya deyirik ki, ABŞ demokratiyanı müdafiə etmək üçün hər şeyi edəcək”.

Keçmiş prezident Donald Tramp daha çox yardım göndərilməsi ilə bağlı tənqidlərini azaltdıqdan sonra qanun layihəsi Respublikaçılar tərəfindən əhəmiyyətli dərəcədə daha çox dəstək alı.b

Qanun layihəsində həmçinin İsrailə 26 milyard dollar, Tayvan və digər Hind-Sakit okean ölkələrinə Çinin təcavüzünə qarşı mübarizə məqsədilə 8 milyard dollar maliyyə vəsaitini əhatə edir. Çin yardımı qınayıb.

Çinin Tayvan məsələləri üzrə nümayəndəsi Ju Fenqlian: “ABŞ tərəfini konkret hərəkətlərlə Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyinə əməl etməyə və Tayvanı hər hansı şəkildə silahlandırmağı dayandırmağa çağırırıq”.

Qanunvericiliyə həmçinin Çinin ByteDance şirkətindən bir il ərzində ona məxsus Tiktok sosial media tətbiqindən imtina etməsini tələb edən müddəa da daxildir. Əks halda tətbiq ABŞ-da qadağan oluna bilər.

Forum

XS
SM
MD
LG