Accessibility links

Keçmiş tabloid naşiri 2016-ci il seçkisində Trampa yardım etməyə çalışdığını deyib


Keçmiş Prezident Donald Tramp Manhetten cinayət məhkəməsində. Nyu York. 26 aprel, 2024.
Keçmiş Prezident Donald Tramp Manhetten cinayət məhkəməsində. Nyu York. 26 aprel, 2024.

Keçmiş tabloid naşiri Deyvid Peker cümə günü Nyu Yorkda Donald Trampın cinayət məhkəməsində münsiflərə bildirib ki, o, 2016-cı il seçkisində “prezidentliyə namizədə,” xüsusən də onun uzun müddətdir dostu olan Trampa yardım” etmək üçün Playboy modelinin gələcək prezidentlə aylar boyu davam edən münasibətinə dair xəbəri ört-basdır etmək məqsədilə həmin iddiaların haqlarını 150 min dollara satın alıb.

Üç saatdan çox davam edən ifadə zamanı Trampın müdafiə vəkili Emil Bov Pekerin Trampa yardımı ilə bağlı xatirələrinin əhəmiyyətini azaltmağa çalışıb.

Bir zamanlar National Enquirer jurnalının naşiri olan Peker bir neçə dəfə etiraf edib ki, onun bu həftə dörd gün davam edən sorğu-sual zaman verdiyi ifadələr onun bir neçə il öncə müstəntiqlərə verdiyi cavablardan cüzi şəkildə fərqlənib. Bununla belə, Peker tez-tez Bovun hücumlarını rədd edib.

Ancaq Peker Bovun 1998-ci ildə ilin Playboy modeli seçilən Karen Makduqala ödənişin onu, səkkiz il əvvəl seçicilərdən məlumatı gizlətmək üçün, Trampla əlaqəsi barədə susdurmaq cəhdindən əlavə başqa məqsəd daşıdığına dair iddiası ilə razılaşıb.

Enquirer-in ana şirkəti American Media Inc. MakDuqalın adından, lakin başqaları tərəfindən yazılan sağlamlıqla əlaqədar 65 köşə yazısı dərc edib və MakDuqalın şəklini layfstayl jurnallarının ön qapağında əks etdirib.

Ancaq Bov 72 yaşlı Pekerin sorğu-sualını bitirəndən sonra prokuror Coşua Steynqlass American Media-nın MakDuqala ödəniş etməklə kampaniyanın maliyyə qanunu pozduğuna görə təqibdən qaçmaq üçün federal orqanlarla imzaladığı müqaviləyə istinad edib.

Müqavilədə deyilir ki, şirkətin razılığı imzalamaqdakı “əsas məqsədi modelin hekayəsinin seçkiyə təsirinin qarşısını almaq üçün onu yığışdırmaq” idi.

Peker deyib ki, American Media jurnallarında MakDuqalın adı ilə yazılar dərc etmək barədə razılıq “əsas məqsədin gizlədilməsi idi. Əsaq məqsəd onun hekayəsinin haqlarını ömürlük əldə etmək idi ki, o, dərc olunmasın.”

Peker cümə axşamı 12 üzvlük münsiflər məhkəməsinə MakDuqalın Trampla münasibəti ilə bağlı hekayəsinə inandığı deyib, baxmayaraq ki, prezident bunu inkar edib.

Peker ifadəsində bildirib ki, Tramp 2016-cı ildə uğurlu seçki kampaniyasından öncə bu məlumatı seçicilərdən gizlətmək istəyirdi, amma xəbəri həyat yoldaşı Melania Tramp və ya böyük qızı İvanka Trampdan gizlətməyə çalışmaq istədiyini deməmişdi.

Bovun suallarını cavablandıran Peker bildirib ki, National Enquirer müntəzəm olaraq Tramp kimi məşhur insanları qorumaq və ya onlarla müsahibə əldə etmək üçün onlar barədə untancverici hekayələrin haqlarını alırlar.

Peker bu həftənin əvvəlində ifadəsində Trampı 1980-ci illərdən bəri tanıdığını və hələ də onu dost hesab etdiyini bildirib, baxmayaraq ki, o, ittiham tərəfinin şahidi qismində ifadə verib.

2024-cü il seçkisində Respublikaçıların gözlənilən namizədi olan və noyabr seçkisində prezident Co Baydenə qarşı rəqabət aparacaq Tramp 2016-ci il prezident seçkisindən öncə porno ulduz Stormi Danielsi on il öncə Trampla bir gecəlik münasibəti ilə bağlı susdurmaq məqsədilə ona 130 min dollarlıq ödənişi gizlətmək üçün biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur.

Tramp onun iddialarını və ABŞ-n 45-ci prezidentinə qarşı qaldırılan dörd məhkəmə işindən biri olan Nyu York işində üzləşdiyi 34 ittihamın hər birini rədd edir.

Tramp ümumilikdə ona qarşı qaldırılan 88 ittihamı rədd edir. Ümummilli rəy sorğuları bəzi Tramp tərəfdarlarının, təqsirli tanındığı halda, ona səs verməklə bağlı fikirlərini dəyişə biləcəklərini göstərir.

Nyu York işində təqsirli bilindiyi halda, Tramp şərti cəzaya məhkum edilə və ya dörd ilə qədər həbs oluna bilər.

Forum

XS
SM
MD
LG