Accessibility links

Təbrizdə Ermənistanın Baş Konsulluğunun açılacağı bildirilir


Təbriz, Mənsur Meydanı
Təbriz, Mənsur Meydanı

İran mediası xəbər verir ki, İran və Ermənistanın hakimiyyət orqanları Təbrizdə Ermənistanın Baş Konsulluğunun açılması üçün ilkin tədbirlərin davam etdiyini vurğulayıblar.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan da X hesabında paylaşım edərək, Ermənistan hökumətinin İran tərəfi ilə müzakirələrdən sonra İranın Təbriz şəhərində baş konsulluğunun açılması ilə bağlı qərarı rəsmən təsdiqlədiyini bildirib.

Badalyan bununla əlaqədar hazırlıqların aparıldığını bildirib.

Bundan əvvəl ilk dəfə olaraq İranın Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı razılığı ötən il dekabrın sonunda iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında açıqlanmışdı.

2022-ci ilin oktyabrından İran İslam Respublikasının Ermənistanın Qapan şəhərində Baş Konsulluğu fəaliyyətə başlayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG