Accessibility links

Vedant Patel: Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün şəxsləri dərhal azad etməyə çağırırıq


Vedant Patel during briefing in the Department of State, 11 January 2024
Vedant Patel during briefing in the Department of State, 11 January 2024

Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin, ən son Anar Məmmədlinin, həbslərinin davam etməsi bizi çox narahat edir.

Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə Turan agentliyinin sualına cavabda bildirib.

“Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün şəxsləri dərhal azad etməyə çağırırıq”, o bildirib.

Birifinqdə Vedant Patel Turan informasiy agentliyinin digər sualına cavabında bildirib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla danışıqlar aparmaqda davam edir.

O qeyd edib ki, bu məsələlərdə ABŞ dövlət katibi Antoni Blinken şəxsən məşğuldur: "Bu, Katibin özünün şəxsən dərindən məşğul olduğu sahədir. İşlədiyi müddətdə Azərbaycan və Ermənistanla mütəmadi olaraq əlaqə saxlayıb və hər iki ölkə ilə əlaqələrimiz davam edir. Biz inanırıq ki, sülh mümkündür və biz buna doğru çalışmaqda davam edəcəyik", Vedant Patel deyib.

Aprelin 29-da uşağını bağçadan götürməyə gedərkən mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində məhkəmə aprelin 30-da “qaçaqmalçılıq” ittihamı ilə 3 ay 28 gün həbs qətimkan tədbiri seçib.

Vəkili Elmar Süleymanov Amerikanın Səsinə bildirib ki, Anar Məmmədli məhkəmədə ittihamı qondarma adlandırıb.

“Biz ittiham tərəfinin tezislərini bir-bir təhlil etdik. Belə bəlli oldu ki, ittiham tərəfinin tezislərini sübut edəcək nəinki mötəbər, ümumiyyətlə sübut yoxdur. Bu ittiham sabun köpüyü kimi bir şeydir”, vəkil bildirib və əlavə edib ki, iclasın audio və video yazısı aparılmayıb.

Anar Məmmədlinin həbsi Azərbaycana insan hüquqlarının vəziyyətinə dair beynəlxalq çağırışların artdığı dönəmə təsadüf edir.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxıb. Avropa Məhkəməsi onun işinin siyasi siyasi motivli olduğuna dair qərar çıxarıb.

Anar Məmmədli 2014-cü ildə həbsdə olarkən AŞPA-nın Vatslav Havel insan hüquqları mükafatına layiq görülüb.

Forum

XS
SM
MD
LG