Accessibility links

ABŞ Senatoru: Mən Azərbaycan hökumətinin Qubad İbadoğlunun ev dustaqlığına buraxılması qərarını alqışlayıram


Sen. Dick Durbin, D-Ill., speaks at the confirmation hearing of Supreme Court nominee Ketanji Brown Jackson, on Capitol Hill, March 22, 2022.(archive photo)
Sen. Dick Durbin, D-Ill., speaks at the confirmation hearing of Supreme Court nominee Ketanji Brown Jackson, on Capitol Hill, March 22, 2022.(archive photo)

Mən Azərbaycan hökumətinin Qubad İbadoğlunun ev dustaqlığına buraxılması qərarını alqışlayıram .

Bu barədə ABŞ senatoru Dik Durbin “X” platformasında bildirib.

Senator hesab edir ki, bu ona mühüm tibbi yardım almağa imkan verəcək.

“Ümid edirəm ki, bu cür mərhəmət ona tam azadlıq və səyahət etmək azadlığı vermək üçün genişləndirilə bilər", senator Dik Durbin əlavə edib.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirni ev dutsqlığı tədbiri ilə əvəz edib.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG