Accessibility links

Beynəlxalq yardım flotiliyası Türkiyədən Qəzzaya üzə bilmək üçün yeni bayraq axtarışındadır


Humanitar yardım daşıyan beynəlxalq flotiliyanın fəalları Türkiyədən Qəzzaya üzə bilmək məqsədilə yeni bayraqlar üçün müraciət edib. Ötən ay Qvineya-Bisau rəsmiləri flotiliyanın iki gəmisindən bayraqlarını yığışdırıb.

“Biz başqa ölkələrin bayraqlarını alacağıq. Biz həmçinin Türkiyəyə müraciət edəcəyik. Biz həm də Türkiyənin bayrağını almağa çalışacağıq,” beynəlxalq flotiliyanın bir hissəsi olan Mavi Marmara Assosiasiyasının başçısı Beheşti İsmail Songür deyib.

“Bu, bütün ölkələr üçün lakmus testi olacaq. Biz kimin azadlıq flotiliyasına bayraq verəcək cəsarətinin olacağını görəcəyik”, o deyib.

Flotiliya Azadlıq Flotiliyası Koalisiyası tərəfindən təşkil edilib. Koalisiya bir neçə türk və beynəlxalq qrupdan, o cümlədən Türkiyənin islamçı Humanitar Yardım Fondu (İHH) və Mavi Marmara Assosiasiyasından ibarətdir.

Yoxlanış

Donanma üç gəmidən ibarətdir - Vicdan, Anadolu və Akdeniz.

Anadolu gəmisi Türkiyənin İskenderun limanından 5 min ton humanitar yardım daşımağa hazırlaşırdı. Bu arada isə fəallar İstanbulun Tuzla tərsanəsindən Akdeniz bərəsi ilə Qəzzaya getməyi planlaşdırırdılar. Qrupun bu yaxınlarda aldığı Vicdan gəmisi isə planlara daxil deyil.

Anadolu və Akdeniz ötən həftəyə qədər Qvineya-Bisau bayraqları altında üzürdü. Daha sonra Qvineya-Bisau Beynəlxalq Gəmilər Reyestri onları yoxlayaraq, bayraqları geri almağa qərar verdi.

Flotiliya təşkilatçıları bildirib ki, Qvineya-Bisau Beynəlxalq Gəmilər Reyestri onları bayraqları çıxarmaq qərarı ilə bağlı məlumatlandırarkən, Qəzzaya planlaşdırılan missiyaya istinad ediblər.

Qvineya-Bisau Beynəlxalq Gəmilər Reyestri Amerikanın Səsinin şərh istəyinə cavab verməyib.

Flotiliya təşkilatçıları Qvineya-Bisau rəsmilərinin bayraqlarını İsrailin təzyiqi səbəbilə yığışdırdıqlarına inanır. İsrail təşkilatçıların qaçaq mal və ya silah olub-olmadığını yoxlamaq üçün gəmilərdə yoxlanış aparılmasına icazə verməyə imtina etməsinə etiraz edir. Ancaq Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo bazar ertəsi bu iddiaları rədd edib.

Embalo Portuqaliyanın LUSA xəbər agentliyinə bildirib ki, o, israilli həmkarı ilə heç vaxt “gəmilərin bayraqları ilə bağlı” danışmayıb və qeyd edib ki, bu, onun məşğul olacağı məsələ deyil.

“Mən adəti üzrə İsralin Baş naziri ilə danışmıram; Mən İsrailin prezidenti ilə danışıram, o mənim illər öncə görüşdüyüm bir dostdur. Mən onunla danışıram, amma Qəzza zolağındakı müharibə ilə bağlı”, Embalo deyib və əlavə edib ki, İsrail Prezidenti İsaak Herzoqla bazar günü danışıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG