Accessibility links

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 57-ə çatıb, onlarla insan itkin düşüb


Rio Qrande do Sul. Braziliya, 4 may, 2024.
Rio Qrande do Sul. Braziliya, 4 may, 2024.

Yerli rəsmilərinin şənbə günü verdiyi məlumata görə, Braziliyanın ən cənub Rio Qrande do Sul ştatında yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 57-ə çatıb. Onlarla insan itkin düşüb.

Rio Qrande do Sulun mülki müdafiə idarəsi bildirib ki, 67 insan hələ də itkin düşüb və 32 mindən insan evlərindən didərgin düşüb. Belə ki, fırtınalar Uruqvay və Argentina ilə həmsərhəd olan ştatın 497 şəhərinin təxminən üçdə ikisinə təsir göstərib.

Daşqınlar ştatın bir neçə bölgəsində yollar və körpüləri dağıdıb. Fırtına həmçinin torpaq sürüşməsinə səbəb olub və kiçik bir suelektrik stansiyasında bəndin qismən çökməsinə gətirib çıxarıb. Rəsmilər deyib ki, Bento Qonkalves şəhərində bir başqa dəm də çökmək təhlükəsi altındadır.

Rio Qrande do Sulun paytaxtı Porto Aleqredə Guaiba çayı daşıb, yolları su basıb.

Porto Aleqrenin beynəlxalq hava limanı bütün uçuşları qeyri-müəyyən müddətə təxirə salıb.

Ştatın şimal və şimal-şərq hissələrində növbəti 36 saatda yağışın davam edəcəyi gözlənilir. Ancaq ştatın meteorologiya idarəsinin məlumatına görə, yağan yağışın həcmi azalır və həftənin əvvəli ilə müqayisədə çox az olmalıdır.

Qubernator Eduardo Leitte şənbə günü sosial mediada paylaşdığı canlı videoda deyib ki, bununla belə “çayın səviyyəsi hələ bir neçə gün yüksək olaraq qalacaq.” O əlavə edib ki, bunun neçə gün davam edəcəyini müəyyən etmək çətindir.

Rio Qrande do Sul tropik və qütb atmosferləri arasındakı nöqtədə yerləşir ki, bu da güclü yağış və quraqlıq dövrlərinin müşahidə olunduğu hava şəraiti yaradır.

Yerli alimlər inanır ki, iqlim dəyişikliyi səbəbilə bu hava şəraiti intensivləşir.

Sentyabr ayında Rio Qrande do Sulda artıq güclü yağışlar yağıb. Belə ki, ekstratropik siklon 50-dən çox insanın ölümü ilə nəticələnən daşqınlara səbəb olub.

Forum

XS
SM
MD
LG