Accessibility links

Kyiv Rusiyanın Ukraynanın enerji sisteminə vurduğu zərbələr nəticəsində dəyən zərərin 1 milyard dolları keçdiyini bildirir


Yerli sakinlər Rusiyanın Ukraynanın Xarkiv şəhərində Rusiyanın hava hücumu nəticəsində zədələnmiş yaşayış binasının qarşısından keçirlər, 5 may 2024.
Yerli sakinlər Rusiyanın Ukraynanın Xarkiv şəhərində Rusiyanın hava hücumu nəticəsində zədələnmiş yaşayış binasının qarşısından keçirlər, 5 may 2024.

Ukraynanın energetika naziri German Qaluşenko bazar günü bildirib ki, Rusiyanın Ukraynanın elektrik şəbəkəsinə dronlar və raketlərdən istifadə etməklə son kütləvi hücumları sənayeyə bir milyard dollardan çox zərər vurub.

Martın 22-dən etibarən Rusiya qüvvələri tərəfindən Ukraynanın istilik və su elektrik stansiyalarına və elektrik ötürücü şəbəkələrinə demək olar hər gün edilən hücumlar bir çox regionlarda elektrik enerjisinin kəsilməsinə səbəb olub.

“Bu gün bir milyard dollardan çox itkidən danışırıq. Lakin hücumlar davam edir və itkilərin artacağı göz qabağındadır”, Qaluşenko açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsas zərər istilik və hidrotexniki qurğular, eləcə də elektrik ötürmə sistemlərinə dəyib.

“Bu gün sistem stabildir, lakin vəziyyət kifayət qədər mürəkkəbdir” -deyə nazir bildirib. O əlavə edib ki, əlverişli hava şəraiti sayəsində enerji sistemi hazırda külək və günəş enerjisi ilə təmin edilir.

Ukrayna Hərbi Hava Qüvvələri bazar günü bölgəni hədəf alan 24 Şahed dronlarından 23-nü vurduğunu, Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkivdə dronun qalıqlarının mülki hədəflərə dəyərək, 4 nəfərin yaralanması və bir ofis binasında yanğına səbəb olduğunu bildirib. Vilayət qubernatoru Oleq Sinegubovun Telegram kanalında mesajında bildirdiyinə görə, yanğın söndürülüb.

Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, Rusiya qüvvələri Donetskdə müharibədən əvvəl 3 min əhalisi olan Oçeretino kəndini ələ keçirib. Rusiya qüvvələri Kyivin hərbi sursatları tükənmiş qüvvələrinə artilleriya, dronlar və bombalarla hücum edir.

Şənbə günü Ukraynanın Xarkiv və Dnipr vilayətləri də Rusiya dronları tərəfindən vurulub. Region rəsmiləri bildiriblər ki, dronların ticarət və yaşayış binalarına hücumu nəticəsində biri 13 yaşlı uşaq da daxil olmaqla, azı 6 nəfər yaralanıb.

Forum

XS
SM
MD
LG