Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Rusiya “Fransa, İngiltərə və ABŞ-ın Rusiya Federasiyası ilə bağlı təxribat xarakterli bəyanatları və təhdidlərinə” cavab olaraq, taktiki nüvə silahı ilə təlimlər keçirməyi planlaşdırır. Bu addım Qərb və Rusiya arasında Rusiyanın Ukraynada müharibəsinə görə gərginliyin daha da dərinləşdiyi ilə bağlı xəbərdarlıq hesab edilir.
Bazar ertəsi verilən bəyanat Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron və Fransa prezidenti Emmanuel Makronun son açıqlamalarına, eləcə də ABŞ-ın uzun mənzilli ATACMS və ya Ordu Taktik Raket Sistemlərinin Ukraynaya çatdırılmasına cavabdır.
"Onlar qəsdən vəziyyəti Ukrayna böhranının daha da gərginləşməsinə, NATO ölkələri ilə Rusiya arasında açıq hərbi toqquşmaya doğru aparırlar", bəyanatda deyilir. "Ümid edirik ki, bu hadisə Qərb paytaxtlarındakı "qaynar başları" soyudacaq" -deyə, deyə sənəddə əlavə edilir.
Makron keçən həftə Ukraynaya qüvvə göndərməyi istisna etmədiyini təkrarladı, Kameron isə Kyiv qüvvələrinin Rusiya daxilindəki hədəflərə zərbələr endirmək üçün Britaniyanın uzaqmənzilli silahlarından istifadə edə biləcəyini söylədi.
Bazar ertəsi Fransa Rusiyanın davamlı olaraq yaydığı xəbərləri "dezinformasiya kampaniyası" kimi təkzib edərək, Ukraynaya qoşun göndərilməsini inkar edib.
"Xeyr, Fransa Ukraynaya qoşun göndərməyib", xarici işlər nazirliyi X platformasında Fransa Xarici Legionunun Ukraynaya yerləşdirilməsi ilə bağlı son xəbərlərə cavab olaraq bildirib.
Bu, ilk dəfədir ki, Rusiya taktiki nüvə silahı ilə bağlı təlimlər elan edir. Taktiki nüvə silahlarına aerobombalar, qısa mənzilli raketlər üçün döyüş başlıqları və artilleriya sursatları daxildir və döyüş meydanında istifadə üçün nəzərdə tutulub. Onlar bütün şəhərləri məhv etmək üçün nəzərdə tutulan qitələrarası ballistik raketləri silahlandıran nəhəng döyüş başlıqlarından daha az güclüdür.
Rusiya NATO-nun "Steadfast Defender" kimi tanınan və dörd ay davam edən hərbi təlimlərini də tənqid edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şənbə günü verdiyi açıqlamada NATO-nun Rusiya sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlərinin Qərb alyansının Rusiya ilə potensial münaqişəyə hazırlaşdığının sübutu olduğunu bildirib.
NATO hazırda "Steadfast Defender" təlimini keçirir. Bu, transatlantik alyansın Soyuq Müharibə bitdikdən sonra Şimali Atlantika, Arktika dənizlərində və bütün Avropada həyata keçirdiyi ən böyük hərbi güc nümayişidir.
Prezident Vladimir Putin keçən mart ayında Qərbə xəbərdarlıq etmişdi ki, Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi NATO hərbi alyansı arasında birbaşa münaqişə planetin Üçüncü Dünya Müharibəsindən bir addımlığında olması demək olacaq. O heç kimin belə bir ssenarinin olmasını istəmədiyini əlavə edib.
Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləyə başlamasından bəri Moskva dəfələrlə xəbərdarlıq edib ki, ABŞ və onun avropalı müttəfiqləri Ukraynanı bəzilərinin Rusiya ərazisinə qarşı istifadə olunduğu on milyardlarla dollarlıq silahlarla dəstəkləməklə dünyanı nüvə qarşıdurması astanasına sürükləyirlər.
ABŞ prezidenti Co Bayden keçən il Rusiyanın nüvə silahından istifadə etməsinin real perspektivinin olmadığını düşündüyünü deyib. Lakin CNN kanalı xəbər ABŞ-ın məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən yüksək səviyyəli rəsmilərinin müsahibələrində Birləşmiş Ştatların 2022-ci ilin sonunda Rusiyanın Ukraynaya potensial nüvə zərbəsi üçün "ciddi şəkildə hazırlaşdığını" söylədiyi haqda məlumat verib.
Bu arada, Ukrayna və onun Qərb müttəfiqləri Rusiyanın Ukraynada müharibəsinin korrupsiyalaşmış diktatura tərəfindən torpaqların imperiyasayağı zəbt edilməsi olduğunu deyirlər. Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə xəbərdarlıq edib ki, Rusiyanın ekspansionist məqsədləri Ukraynada bitməyəcək.
Qərb liderləri Ukraynada Rusiya qüvvələrinin məğlubiyyətini dəstəkləməyə söz veriblər, lakin eyni zamanda orada NATO hərbçilərinin yerləşdirilməsini istisna edirlər.
Rusiya və ABŞ dünyada 12 100 nüvə başlığının 10 600-dən çoxuna sahib olmaqla dünyanın ən böyük nüvə gücləridir. Çin üçüncü ən böyük nüvə arsenalına malikdir, ondan sonra Fransa və İngiltərə gəlir.
Amerika Alimləri Federasiyasının məlumatına görə, Rusiyada 1558 qeyri-strateji nüvə başlığı var.
Amerika Alimlər Federasiyasının məlumatına görə, Rusiyada 1558 qeyri-strateji nüvə başlığı var, lakin şəffaflığın olmaması səbəbindən bu cür silahların dəqiq rəqəmləri ilə bağlı qeyri-müəyyənlik mövcuddur.
ABŞ 1945-ci ildə Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə ilk atom bombası hücumunu həyata keçirdikdən sonra heç bir güc müharibədə nüvə silahlarından istifadə etməyib.
Forum