Accessibility links

İsrail ordusu Rəfah keçidinin Qəzza tərəfini ələ keçirib, Rəfaha havadan zərbələr endirir


İsrail ordusu, on minlərə fələstinliyə ərazini tərk etmələrinə göstəriş verərək, davamlı hava hücumları həyata keçirəndən bir gün sonra çərşənbə axşamı bildirib ki, qüvvələri Qəzza zolağı ilə Misir arasındakı Rəfah keçidinin Qəzza tərəfini ələ keçirib.

İsrailin bu əməliyyatı İsrail rəsmiləri HƏMAS-ı məğlub etmək məqsədlərinə çatmaq üçün Rəfaha hücumun zəruri olduğunu deməsindən həftələr sonraya təsadüf edir. Birləşmiş Ştatlar, BMT və digərləri isə fələstinli mülki vətəndaşlarla dolu əraziyə hücumun humanitar fəlakətə səbəb olacağına dair xəbərdarlıq edib.

“Mən qorxuram ki, onların nə deməsindən asılı olmayaraq, bu yenə çox sayda tələfatlara, mülki vətəndaşlar arasında tələfatlara gətirib çıxaracaq,” Aİ-nin xarici siyasət rəhbəri Cozep Borrel çərşənbə axşamı müxbirlərə deyib. “Qəzzada təhlükəsiz yer yoxdur.”

Çin xarici işlər nazirliyinin sözçüsü Lin Cian “beynəlxalq ictimaiyyətin böyük tələbləri”nə istina edərək bildirib ki, Çin İsraili Qəzzaya hücumunu dayandırmağa və bunun əvəzinə “Qəzza zolağında daha ciddi humanitar fəlakətin qarşısını almaq üçün əlindən gələni etməyə” çağırıb.

BMT-nin humanitar idarəsinin sözçüsü Yens Laerke çərşənbə axşamı jurnalistlərə deyib ki, İsrail Rəfah və Kerem Şalom keçidlərini bağlayaraq, Qəzzaya humanitar yardım çatdırmaq üçün istifadə olunan iki əsas yola çıxışı kəsib.

İsrail xarici işlər naziri İsrail Katz sosial mediada yazıb ki, İsrailin Rəfaha doğru irəliləməsinin məqsədi əsas hədəflərinə çatmaq, o cümlədən HƏMAS-ın tutduğu girovlarl azad etmək və militant qrupu məğlub etməklə əlaqədardır.

Rəfahda baş verənlər HƏMAS-ın bazar ertəsi misirli və qətərli vasitəçilərlə hazırlanan atəşkəs təklifini qəbul etdiyini deməsindən sonraya təsadüf edir.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi bazatər ertəsi bildirin ki, atəşkəs təklifi “İsrailin əsas tələblərindən çox uzaqdır,” ancaq İsrail danışıqları davam etdirmək üçün Qahirəyə heyət göndərəcək.

Ötən həftə atəşkəs təmin etmək üçün səylər intensivləşdirilib. Belə ki, buna ABŞ dövlət katibi Antoni Blinken da regiona səfər etməsi və dəfələrlə HƏMAS-a İsrailin kompromisə getdiyini və HƏMAS-ın təklifi qəbul etməli olduğunu deməsi daxildir.

İsrail rəsmiləri media orqanlarına HƏMAS-ın qəbul etdiyi təklifin İsrailin razılaşdığı plan olmadığını dryib, amma atəşkəs təklifinə HƏMAS-ın qəbul edib, İsrailin qəbul etməməsi üçün hansı dəyişikliklərin olduğunu açıq bildirməyib.

ABŞ Dövlət Departamenti və Ağ Ev bildirib ki, onlar HƏMAS-ın təklifini nəzərdən keçirir.

Forum

XS
SM
MD
LG