Accessibility links

Penitensiar Xidmət təcridxanada bit xəstəliyinin yayılması barədə xəbərləri təkzib edir


Həbsxana
Həbsxana

Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasında bit xəstəliyinin yayılması barədə xəbərləri təkzib edib.

Belə ki, sosial şəbəkələrdə 1 saylı Bakı İstintaq Təcridxanasında bit xəstəliyinin yayılması barədə xəbərlər yayılıb.

Həkim Aydın Əliyev Facebook platformasında yazıb ki, yayılan xəbərlərə görə, Kürdəxanı istintaq təcridxanasında bit xəstəliyi tüğyan edir.

“İnsanların azadlığını əllərindən almısız, heç olmasa sağlamlıqlarını əllərindən almayın. Bitlər Səpgili yatalaq, Volin qızdırması və qayıdan yatalaq törədicilərinin keçiriciləridir. Qayıdan səpgili yatalaq xəstələrdən sağlam insana yalnız bitlər vasitəsilə keçir. Bitlərin sancdığı yerlər qaşınan zaman onlar qaşınan yerdə əzilir. Bu zaman bitin bədənində olan parazitlər dərinin tamlığı pozulduğu yerdən insanın bədəninə daxil olur. Bitlərin baş biti, paltar biti, qasıq biti kimi növlərinin hamısı ektoparazitlərdir”, həkim Facebook səhifəsində. qeyd edib.

Penitensiar Xidmət Amerikanın Səsinin bu məlumatlarla bağlı sorğusuna cavabında bildirib ki, qeyd edilənlər həqiqəti əks etdirmir.

“Bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır. Bakı istintaq təcridxanasında qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur.

Həbs edilmiş şəxslərə həftədə 1 dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır.

Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər”, Penitensiar Xidmətin Amerikanın Səsinin sorğusuna cavabında deyilir.

Forum

XS
SM
MD
LG