Accessibility links

İsrail ABŞ-ın onun müharibəni aparmaq şəklini tənqid edən hesabatı fonunda Qəzzaya zərbələr endirib


ABŞ-ın İsrailin müharibəni aparmaq şəkli ilə bağlı tənqidləri yeniləməsindən və BMT-nin izdihamlı Rəfaha birbaşa hərbi müdaxiləsinin “epik” fəlakətə səbəb olacağı ilə bağlı xəbərdarlığından sonra İsrail şənbə günü Qəzzaya zərbələr endirib.

AFP jurnalistləri zərbələrin ərazinin müxətlif ərazilərinə endirildiyini bildirib. BMT-nin məlumatına görə, İsrail qoşunları beynəlxalq etirazlara məhəl qoymaraq bu həftə Rəfaha daxil olaraq, iki keçidi bağlayandan sonra əraziyə yardımın girişi bloklanıb.

ABŞ Dövlət Departamentinin cümə günü dərc olunan və uzun zamandır gözlənilən hesabatında deyilir ki, İsrail çox güman ki, Birləşmiş Ştatlar silahlarını istifadə edərkən beynəlxalq hüquq normalarını pozub - amma o, silahların göndərilməsini blok etmək üçün kifayət qədər sübut tapmayıb.

Dövlət Departamenti Prezident Co Baydenin İsraili BMT-nin bildirdiyinə görə, 1.4 milyon insanın sığındığı Rəfaha tam-miqyaslı hücum etdiyi təqdirdə müəyyən bomba və artilleriya mərmilərini göndərməməklə bağlı açıq şəkildə hədələməsindən iki gün sonra hesabatını təqdim edib.

BMT Baş katibi Antonio Quterreş cümə günü bildirib ki, İsrail Rəfahda genişmiqyaslı quru əməliyyatına başlasa, Qəzza “epik humanitar fəlakət ”riski ilə üzləşir.

İsrail əsgərləri Rəfahın şərq hissəsinin sakinlərinə evakuasiya etmələrinə dair göstəriş verəndən sonra çərşənbə axşamı Misirlə Qəzza arasında əraziyə yanacağın daxil olduğu Rəfah keçidinin Qəzza tərəfini ələ keçirərək, onu bağlayıb.

İsrail fələstinli ərazi ilə cənub keçidi olan Kerem Şalomun çərşənbə günü açıldığını bildirib.

Ancaq cümə günü dərc olunan BMT hesabatında deyilir ki, hər iki keçid “ciddi şəkildə hərbiləşdirilib” və BMT-nin yardım agentliyinin başçısı Martin Qriffitdən sitat gətirilərək bildirilib ki, keçidlərin bağlanması “heç bir yardımım daxil olma bilmədiyi deməkdir.”

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə gözlənilmədən hücum edərək, İsrailin rəsmi məlumatına görə, 1170-dən çox insanın ölümünə səbəb olmasından sonra başlayıb.

HƏMAS-ın idarə etdiyi Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə isə, İsrailin cavab olaraq başladığı hücum nəticəsində ən azı 34 943 nəfər ölüb.

Forum

XS
SM
MD
LG