Accessibility links

Ərdəbildə polis məcburi hicaba nəzarət çərçivəsində 4 nəfəri həbs edib


Ərdəbil vilayətinin polisi məcburi hicaba nəzarət çərçivəsində həyata keçirdiyi əməliyyatlar nəticəsində "kiber cinayətkar" adlandırdığı 4 şəxsi həbs etdiyini bildirib.

Bu barədə Ərdəbil vilayətinin polis komandiri Sərdar Cavad Təqavi İranın rəsmi İRNA xəbər agentliyinə müsahibəsində bildirib.

Ərdəbil vilayətində polis qüvvləri 122 İnstagram admininə telefon təması ilə xəbərdarlıq edib.

Aprelin 13-dən "Nur Planı" başlayandan indiyədək 15 İnstagram admininə qarşı cinayət işi açılıb.

Ərdəbil polisi həmçinin "kibercinayətkar" adlandırdığı başqa 6 sosial media adminindən yazılı öhdəlik götürüldüyünü də qeyd edib.

Vilayətin polis komandirinin bildirdiyinə görə, ümumilikdə, aprelin 13-dən bəri vilayətdə "normalara zidd" məzmunlar paylaşdığı iddia edilən 435 İnstagram səhifəsi müəyyən edilib.

İnstagram İranda populyar platformalardan biridir və bəzi vətəndaşlar bu platforma vasitəsilə gəlir əldə edirlər. Bu sosial media platforması İranda qadağandır və ona giriş yalnız VPN-lər vasitəsilə mümkündür. Lakin qadağan edilməsinə baxmayaraq, son qeyri-rəsmi məlumatlara görə, 40 milyondan çox iranlı istifadəçi bu sosial media platformasından istifadə edir. Yüksək sayda İnstagram istifadəçisi haqda xəbər İranın bəzi mediasında, o cümlədən "Etemadonline" saytında “İnstagramı bloklamanın rüsvayçı uğursuzluğu” başlığı ilə yayımlanıb.

Forum

XS
SM
MD
LG