Accessibility links

ABŞ senatorları Baydeni Azərbaycan da daxil olmaqla, bütün dünyada mediaya hücumların qarşısını almağa çağırır


Vaşinqton
Vaşinqton

Mayın 15-də bir qrup ABŞ senatoru -Ben Kardin, Tim Keyn, Jeff Merkli, Brayan Şats və Kris Van Hollenin rəhbərliyilə senata qətnamə təqdim edib.

Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin saytında məlumat dərc olunub.

Senatın "S. REZ. B 688" qətnaməsi Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə, - Rusiya, Belarus, Türkiyə, Misir, Qırğızıstan, Haiti, Peru və digər ölkələrdə media azadlığına son hücumları əhatə edir.

Senatorlar ABŞ prezidenti Baydeni Azərbaycan da daxil olmaqla, bütün dünyada mətbuat azadlığına hücumların qarşısını almağa çağırır.

Qətnamədə bütün dünyada mətbuat azadlığına təhlükənin artmasından danışılır.

“Bütün dünyada mətbuat azadlığına və ifadə azadlığına artan təhlükəni tanıyan, avtoritarizm, dezinformasiya və dezinformasiyanın artan təhlükələri ilə mübarizədə azad və müstəqil mətbuatın oynadığı həyati rolu bir daha təsdiqləyən və mətbuat azadlığının prioritet olduğunu təsdiqləyən qətnamə ABŞ Hökumətinin prioriteti kimi, Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə demokratiya, insan haqları və yaxşı idarəçiliyi təşviq edəcək”, qətnamədə deyilir.

Mayın əvvəlində Ağ Ev elan edib ki, prezident Co Bayden mətbuat azadlığının sıxışdırılmasını "milli təhlükəsizliyə ciddi təhlükə" hesab edir və mətbuatı sıxışdıranlara qarşı sanksiyalar tətbiq edəcək.

Sənədin Azərbaycana aid hissəsində deyilir ki, 2024-cü ilin fevralında keçirilən rəqabətsiz seçkilərdə beşinci dəfə prezident olan İlham Əliyev hökuməti son aylarda müstəqil KİV-ə hücuma yenidən başlayaraq 10 jurnalisti saxlayıb.

"Jurnalistləri Müdafiəsi Komitəsinin məlumatına görə, onlar "Abzas Media", "Kanal 13" və "Toplum"TV əməkdaşları, məhz Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı, Elnarə Qasımova, Nərgiz Absalamova, Əziz Orucov, Şamo Eminov, Ələsgər Məmmədli və Müşfiq Cabbardır. Bu, jurnalistlərə qarşı repressiya, məmurlar arasında korrupsiya barədə reportajlara görə qisasdır", sənəddə deyilir.

Qətnamədə qeyd olunur ki, 2023-cü ildə dünyada 320 jurnalist həbs edilib.

Həbs olunan jurnalist və media nümayəndələrinin heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Rəsmi Bakı ölkədə media azadlığının tam təmin edildiyini, jurnalistlərə qarşı basqıların olmadığını bildirir. Ölkə rəhbərləri jurnalistlərin yazılarına görə deyil cinayət faktı üzrə saxlanıldığını bildirib. Bununla yanaşı beynəlxalq media azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 164 yeri bölüşür.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG