Accessibility links

"Son Ümid Xalq Hərəkatı"nın sədri saxlanılıb


Ramin Əliyev
Ramin Əliyev

Mayın 17-də "Son Ümid Xalq Hərəkatı"nın sədri Ramin Əliyevin saxlanıldığı bildirilir. Sabunçu rayonu, 12-ci polis bölməsinə dəvət olunan ictimai fəal səhər saatlarında bölməyə gedib, ancaq onu 12-ci bölmədən Tovuz rayon Polis Şöbəsinə aparıblar.

Ramin Əliyevə qarşı dələduzluq ittihamı irəli sürülüb. İddia olunur ki, xalası oğlu Səbuhi Mehrəliyev ondan şikayət edib, 11 min manat pulunu alıb qaytarmadığını deyib. Onun şikayəti əsasında da Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.

Yaxınları isə deyir ki, Ramin Əliyevə qarşı dələduzluq ittihamı əsassızdır. Onlar bildirir ki, Ramin Əliyevin atası Eldar Əliyev bir müddət öncə ürək əməliyyatı keçirəndə o, xalası oğlundan borc alıb:

"Sonradan böyük hissəsini qaytarmışdı, təxminən 3 min qalmışdı. Ödənilmiş pulu da əlavə edib indi onu dələduzluqda ittiham edirlər. Borc nə vaxtdan dələduzluq olub?"

Bir müddətdir ki, Ramin Əliyev təqib və təzyiq altında olduğu ilə bağlı paylaşımlar edirdi. Siyasi fəal mayın 16-da növbəti dəfə polisə çağırıldığını bildirib:

"Bu gün saat 18:54-də Sabunçu Rayon Polis Bölməsindən zəng edilərək, şöbəyə dəvət olundum. Zəng edən polis əməkdaşından çağırılma səbəbini soruşdum. Polis əməkdaşı bildirdi ki, barənizdə protokol tərtib olunub.
Protokolun nə ilə əlaqədar olduğunu bilmək istədim. Cavabında bildirdi ki, "pandemiya dövründə "maska"ya görə cərimə olunmusunuz, cəriməniz 101 manat təşkil edir. Bununla bağlı sabah saat 10:00-da bölməyə yaxınlaşmağınız mütləqdir".

Ramin Əliyevin saxlandığını Daxili İşlər Nazirliyi də təsdiqləyib.

Forum

XS
SM
MD
LG