Accessibility links

Siyasi məhbusun həyat yoldaşı İranın kəşfiyyat idarəsinə çağırılıb


Rübab Quluzadə və həyat yoldaşı Səyyad Məhəmmədiyan (Mənbə: Araz News Telegram kanalı)
Rübab Quluzadə və həyat yoldaşı Səyyad Məhəmmədiyan (Mənbə: Araz News Telegram kanalı)

Çərşənbə günü İranın Əlburz vilayətində həbs edilən türk fəal Səyyad Məhəmmədiyanın həyat yoldaşı Rübab Quluzadə kəşfiyyat nazirliyinin Kərəc şəhərindəki idarəsinə çağırılıb.

Araz News xəbər saytı və insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi kimi mənbələr xəbər verir ki, Quluzadəyə telefonla zəng edərək, onu kəşfiyyat şöbəsində çağrıblar. Bildirilir ki, Quluzadə şöbəyə getmədiyi halda, həbs edilməklə təhdid edilib.

Məhəmmədiyan ailəsi Kərəc şəhərinə yaxın Yengi İmam kəndinin sakinidirlər.

Təhlükəsizlik qüvvələri çərşənbə günü Səyyad Məhəmmədiyani nəzarət altına aldıqları zaman onun kompüteri və bəzi digər elektron cihazlarını müsadirə ediblər.

“Məhəmmədiyan ailəsi onun vəziyyətini öyrənmək üçün istintaq şöbəsində müraciət edib, ancaq dosyenin müstəntiqi onun harada saxlanıldığını bilmədiyini söyləyib. Müstəntiq həmçinin deyib ki, onun özünün belə 20 günə qədər siyasi fəalla görüşmək imkanı yoxdur,” Araz News bildirib.

Əslən Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərindən olan Səyyad Məhəmmədiyyan keçmiş illərdə də dil hüquqları və mədəni-siyasi sahələrdə fəaliyyətlərinə görə təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinə məruz qalıb.

Forum

XS
SM
MD
LG