Accessibility links

Rəfahda estakada vasitəsilə ilk yardımın çatdırılmasından sonra döyüşlər qızışır


Şahidlərin dediyinə görə, şənbə günü Qəzzanın cənubundakı Rəfah şəhərində şiddətli döyüşlər baş verib və bombardmanlar olub. Bu arada isə İsrail ordusu ABŞ-ın inşa etdiyi estakada vasitəsilə mühasirə altında olan əraziyə ilk 310 palet humanitar yardımın daxil olduğunu elan edib.

Rəfahda İsrail ordusunun “məhdud” adlandırdığı əməliyyatın üstündən 10 gündən çox vaxt keçib, eyni zamanda isə ərazinin şimalında da İsrail qüvvələri ilə fələstinli militantlar arasında döyüşlər yenidən alovlanıb.

Küveyt xəstəxanası bildirib ki, İsrailin hücumu nəticəsində Rəfahda məcburi köçkün düşərgəsində iki nəfər ölüb. Şahidlər şəhərin cənub-şərqində güclü atışmanın olduğunu, təyyarələrin isə şərq ərazilərini bombaladığını bildirib.

AFP müxbirləri, şahidlər və tibb işçiləri bildirib ki, Cəbəliyə qaçqın düşərgəsində gecə boyu şiddətli döyüşlər gedib. İsrail ordusu isə cümə günü şəhərdə yeddi aydır davam edən müharibədə “bəlkə də ən şiddətli” döyüşlərin getdiyini bildirib.

İsrail yanvar ayının əvvəlində Qəzzanın şimalında HƏMAS-ın komanda strukturunu dağıtdığını bildirib, ammca ordu deyib ki, 7 oktyabrda hücum edərək müharibənin başlmasına səbəb olan qrup “biz bir neçə gün öncə gələnə qədər Cəbəliyəyə tam nəzartə edirdi.”

Rəfaha qurudan müdaxilə beynəlxalq etirazlara rəğmən və vasitəçilər dalana dirənmiş danışıqlarda irəliləyişə ümid bəslədiyi bir vaxtda həyata keçirilib və yardım qruplarının dediyinə görə, onsuz da dəhşətli humanitar böhranı pisləşdirib.

İsrail ordusu bəyanatında bildirib ki, “üzən estakada vasitəsilə çatdırılan ilk humanitar yardım çərçivəsində” sahilə 310 palet yardım gətirilməyə başlayıb.

ABŞ-ın Mərkəzi Komandanlığının məlumatına görə, növbəti günlərdə Qəzzaya estakada vasitəsilə təxminən 500 ton yardımın çatdırılacağı gözlənilir.

Ancaq BMT agentlikləri və humanitar yardım qrupları xəbərdarlı edib ki, dəniz dəhlizi və havadan atılan yardım Qəzzaya daha səmərəli yük maşınları konvoylarını əvəz edə bilməz. BMT dəfələrlə Qəzzada qıtlığın yaxınlaşdığını bildirib.

Forum

XS
SM
MD
LG