Accessibility links

Qəzza xəstəxanası Nuseyratda hava zərbəsi nəticəsində 20 nəfərin öldüyünü bildirir


Qəzza xəstəxanası bazar günü bildirib ki, İsrail hava qüvvələrinin fələstinlilərin ərazisinin mərkəzindəki qaçqın düşərgəsindəki evi hədəfə alması nəticəsində azı 20 nəfər həlak olub.

“İsrailin Qəzzanın mərkəzindəki Əl-Nuseyrat qaçqın düşərgəsində Həsən ailəsinə məxsus evi hədəf alması nəticəsində 20 nəfər həlak olub, bir neçə nəfər yaralanıb”, - Əl-Əqsa Şəhidləri Xəstəxanasının bəyanatında deyilir.

Şahidlərin sözlərinə görə, zərbə yerli vaxtla səhər saat 3 radələrində həyata keçirilib. İsrail ordusu əldə etdyi məlumatı yoxladığını deyib.

Fələstinin rəsmi xəbər agentliyi Wafa yaralılar arasında bir neçə uşağın olduğunu, xilasedicilərin dağıntılar altında qalan itkin düşmüş insanları axtardığını bildirib.

Hərbçilər mayın əvvəlində ölkənin cənubundakı Rəfah şəhərinə yönəlmiş “hədəfli” əməliyyata başladıqdan sonra Nuseyrat düşərgəsində şiddətli döyüşlər və İsrailin ağır bombardmanları haqda məlumatlar verilib.

Bununla bərabər, artıq bir neçə gündür ki, Qəzzanın şimalındakı Cəbəliyyə düşərgəsində fələstinli militantlarla İsrail əsgərlərinin toqquşduğu bildirilir.

Şahidlər bildiriblər ki, gecə saatlarında Qəzza zolağında bir neçə ev hava zərbələri ilə hədəf alınıb, hava və artilleriya zərbələrinin bir hissəsi Rəfahda da baş verib.

İsrail ordusu öncəki gün Qəzzada daha iki əsgərinin öldürüldüyünü bildirib.

Hərbçilər bildiriblər ki, oktyabrın 27-də qurudan hücuma başlayandan bəri Qəzzaya hərbi kampaniya zamanı indiyədək 282 əsgər həlak olub.

Forum

XS
SM
MD
LG