Accessibility links

İran prezidentini daşıyan helikopterin qəzaya uğradığı, ərazidə axtarışların getdiyi bildirilir


İran prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğramazdan öncə İran-Azərbaycan sərhədi yaxınlığında. (19 may, 2024-cü il)
İran prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğramazdan öncə İran-Azərbaycan sərhədi yaxınlığında. (19 may, 2024-cü il)

İran rəsmisinin anonimlik şərti ilə Reuters xəbər agentliyinə verdiyi məlumata əsasən, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahianın göyərtəsində olduğu helikopter bazar günü Azərbaycan sərhədində görüşdən qayıdarkən, dumanlı havada dağlı ərazidə qəza keçirib.

Rəsminin bildirdiyinə görə, İbrahim Rəisi və Hüseyn Əmirabdollahianın həyatları "helikopter qəzasından sonra təhlükədədir".

“Biz hələ də ümid edirik, amma qəza ərazisindən gələn məlumat narahatedicidir”, deyə adının açıqlanmasını istəməyən rəsmi Reuters-ə deyib.

İran dövlət mediası qəzanın pis hava şəraitinə görə olduğunu və bu hava şəraitinin səxilasetmə işlərini çətinləşdirdiyini bildirib.. İran ordusunun baş qərargah rəisi ordunun və elit İnqilab Keşikçiləri Qvardiyasının bütün resurslarının axtarış-xilasetmə əməliyyatlarında istifadə edilməsi barədə göstəriş verib.

"Qaranlıqdır və yağış başlayıb, lakin axtarışlar davam edir. Xilasetmə qrupları əraziyə çatıb... Lakin yağış palçığa səbəb olduğundan axtarışları çətinləşdirib", - yerli müxbir dövlət televiziyasına bildirib.

Ölkənin dövlət televiziyası bütün ölkə üzrə müntəzəm proqramlarını dayandırıb. Ekranlarda Rəisi üçün duaların edildiyi, ekranın küncündə isə xilastemə qruplarının axtarşlarının canlı görüntüləri nümayiş etdirilir.

İslam Respublikasını Ali Rəhbəri Ayətullah Əli Xamenei iranlıları sakitləşdirməyə çalışaraq deyib ki, dövlət işlərində heç bir maneə olmayacaq.

İranın rəsmi xəbər saytları verdiyi məlumaya əsasən, prezident Rəisi bazar günü İranın Azərbaycanla sərhədində bəndin açılış mərasimindən qayıdarkən onun vertolyotu Vərzəqan bölgəsində "sərt eniş" edib.

Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmirabdollahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Məlek Rəhməti, Təbriz cümə namazı imamı Höccətülislam Əl Haşim və bir sıra başqa şəxslər də olduğunu bildirilir.

İnsident baş verən zaman Rəisi İranın Şərqi Azərbaycan vilayətində səfərdə idi.

Beynəlxalq reaksiyalar

"Dövlət Departamentinin İran prezidenti İbrahim Rəisi və ölkənin xarici işlər naziri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı məlumatları yaxından izləyir", ABŞ Dövlət Departamentinin sözçüsü bildirib. Ağ Evdən verilən məlumata görə, prezident Bayden qəza haqqında məlumatlandırılıb.

İnsidentdən öncə Azərbaycan-İran sərhədində tikilmiş hidroqovşaqlarının açılış mərasimidə İran prezidenti ilə görüşmüş Azərbaycan prezidenti İlham Əliyev sosial şəbəkədə "dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir" yazıb.

"Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır", prezidentin sosial şəbəkə hesabında qeyd edilir.

Azərbaycan prezidenti ilə bərabər Azərbaycan Xarici İşlər nazirliyi də sosial şəbəkədə qəza ilə bağlı paylaşıb edib.

"İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmirabdollahian və digər rəsmilərin olduğu helikopterin qəzaya uğraması xəbəri bizi dərindən narahat etdi. Xilasedicilər hadisənin baş verdiyi ərazidə çalışarkən qəzaya uğrayan dövlət rəsmilərinin təhlükəsizliyi və xilası üçün dua edirik. Azərbaycan dost və qardaş dövlət kimi bütün lazımi dəstəyi verməyə hazırdır", - paylaşımda deyilir.

İraq hökuməti bəyanatlı çıxış edərək, ölkənin daxili işlər naziri, o cümlədən Qızıl Aypara və digər əlaqəli qurumları qonşu İranda axtarış işlərinı yardım təklifi ilə bağlı göstəriş verildiyini bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi helikopter qəzasını kədərlə izlədiyini, axtarış və xilasetmə əməliyyatlarında dəstək üçün addımların atıldığını bildirib.

Səudiyyə Ərəbistanı İrana dəstəyini ifadə edərlə və İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasından sonra lazım olan hər cür yardımı göstərməyə hazır olduğunu bildirib.

Səudiyyə dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də krallığın qəza ilə bağlı xəbərləri "böyük narahatlıqla" izlədiyini bildirib.

Qətər də İran prezidentinin olduğu helikopterin qəzaya uğrmasından sonra hər növ dəstək təqdim etməyə hazır olduğunu bildirib. Bu haqda ölkənin Xariici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qəzadan öncə Rəisi İran-Azərbaycan sərhədində rəsmi tədbirdə idi

İran səmalarında müxtəlif helikopterlər uçur, lakin beynəlxalq sanksiyalar onlar üçün hissələrin alınmasını çətinləşdirib. Ölkənin hərbi hava donanması da əsasən 1979-cu il İslam İnqilabından əvvəlki dövrə təsadüf edir.

63 yaşlı Rəisi əvvəllər ölkə hüquq-mühafizə orqanlarına rəhbərlik etmiş sərt xətt təmayüllü siyasətçidir. O, İranın ali dini lideri Ayətullah Əli Xameneyinin yetirməsi kimi qiymətləndirilir və bəzi təhlilçilər onun 85 yaşlı lideri ölümündən və ya bu vəzifədən istefa verməsindən sonra əvəzləyə biləcəyini irəli sürüblər.

Mayın 19-da Azərbaycan-İran sərhədində, Araz çayı üzərində tikilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Seyid İbrahim Rəisi iştirak edib.

Açılışdan öncə iki ölkə prezidentinin görüşü olub.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, İran Prezidenti Seyid İbrahim Rəisi bildirib ki, böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün "çox uğurlu" bir görüşdür.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG