Accessibility links

İbrahim Rəisinin helikopterinin itkin düşməsi İranda dualar və nigaranlıqla qarşılanır


İranlılar Tehranın mərkəzindəki Vəliəsr meydanında prezident İbrahim Rəisi və digər rəsmi şəxslər üçün dua edirlər, 19 may, 2024.
İranlılar Tehranın mərkəzindəki Vəliəsr meydanında prezident İbrahim Rəisi və digər rəsmi şəxslər üçün dua edirlər, 19 may, 2024.

İran prezidenti İbrahim Rəisinin və xarici işlər naziri də daxil olmaqla digər yüksək rütbəli rəsmilərin içərisində olduğu helikopterin dumanlı dağ bölgəsində qəzaya uğramasından sonra paytaxt Tehran küçələrində bəzi sakinlər öz narahatlıqlarını ifadə ediblər.

Minlərlə dindar 63 yaşlı Rəisinin doğma şəhəri olan Məşhəd və digər şəhərlərin məscidlərində onun salamat qayıtması üçün dualar oxuyub.

Tehranın mərkəzindəki Vəliəsr meydanında da bəzi sakinlərin gözüyaşlı dua etdikləri görüntülənib.

İran uzun illər davam edən gərginlik və çaxnaşmalara səhnə olub ki, ən son olaraq bunların sırasında Qəzzadakı müharibə ilə əlaqədar İranla İsrail arasındakı qarşıdurma yer alır.

Teokratik məhdudiyyətlərlə idarə olunan və sərt ABŞ sanksiyaları ilə üzləşən İranı habelə nəhəng ictimai etiraz dalğaları silkələyib.

Ölkənin ali dini rəhbəri və siyasi baxımdan son söz sahibi olan Ayətullah Əli Xameneyi xalqa təsəlli verərək İslam Respublikasının rəhbərliyindən "narahat olmamağa" çağırıb və ölkənin fəzaliyyətində pozuntunun baş verməyəcəyinə əmin edib.

Tehran vətəndaşlarından biri, özünü yalnız Vəkili kimi təqdim edən 29 yaşlı jurnalist nigaranlığını ifadə edib ki, son illərdəki gərgin anları xatırlayıb.

"Ümid edirəm ki, onlar yaxşıdırlar və tapılacaqlar," o, Şərqi Azərbaycan vilayətinin dumanlı təpələrində Rəisi və helikopterdə olan digərləri üçün irimiqyaslı axtarış tədbirləri davam edən vaxtda bildirib.

"Bu qəribə bir hissdir - əvvəllər Hacı Qasım Süleymani ilə bağlı hiss etdiyimiz kimi," deyə o, 2020-ci ildə Bağdadda ABŞ-ın dron zərbəsi nəticəsində öldürülmüş İnqilab Keşikçiləri komandirini yada salıb.

İranın regional rəqibi Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra dövlətlərdən axtarış cəhdlərinə kömək etmək təklifləri axışmaqdadır.

ABŞ prezidenti Co Baydenə vəziyyət barədə məlumat verildiyi vaxtda Avropa İttifaqı helikopterin tapılmasına kömək etmək üçün peyk xəritələşdirmə proqramını aktivləşdirib.

"Çox kədərləndim," deyə paytaxtın digər sakini, özəl sektorun işçisi Hadi bildirib "Ümid edirik ki, o (Rəisi) və yoldaşları sağ-salamat tapılar".

Rəisi Azərbaycanla sərhəddə bənd layihəsinin açılışından sonra ölkənin şimalındakı Təbriz şəhərinə gedərkən helikopter qəzasına uğrayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG