Accessibility links

Musa Bərzin: İranda edamların artması məhkəmə sisteminin deyil, siyasi və təhlükəsizlik orqanlarının qərarı ilə bağlıdır


Hüquqşünas Musa Bərzin
Hüquqşünas Musa Bərzin

İran höküməti həftələrdir öz hüquqi normalarından da kənara çıxaraq edam hökmlərinin tətbiqini rekord həddə çatdırıb. Keçən iki həftə ərzində yalnız İran Azərbaycanında 20-dən çox edam hökmü icra olunub.

Hüquqşünas Musa Bərzin Amerikanın Səsinə söhbətində edam hallarının rekord həddə çatması, eləcə də məcburi hicab qaydalarının tətbiqi istiqamətində yürüdülən siyasətlər haqqında danışıb.

Musa Bərzin: İranda edamların artması məhkəmə sisteminin deyil, siyasi və təhlükəsizlik orqanlarının qərarı ilə bağlıdır
please wait

No media source currently available

0:00 0:11:25 0:00
Direct link

Bərzin hesab edir ki, 2022-ci ildə baş qaldıran geniş etirazlardan sonra İran hökümətinin “təhlükəsizlik həssasiyyətləri daha da artıb və hüquqi məsələlərə artıq hüquq çərçivəsində baxılmır”.

“Doğrudur ki, İran qanunlarında bir çox suç üçün edam cəzası nəzərdə tutulub. O cümlədən adam öldürmə, narkotik maddələrin ticarəti, nizama qarşı silahlı fəaliyyət və ya nizamı devirmək üçün geniş bir fəaliyyət göstərmək. Ancaq zaman-zaman edamlar sadəcə bu qanunlar çərçivəsində və hüquqi proses əasasında yürüdülmür. Daha çox təhlükəsizlik baxışı ilə baxılır edam məsələsinə,” hüquqşünas söyləyib.

Vəkilin sözlərinə görə, hökümət ölkə daxilində etiraz səslərinin yüksəldiyi dönəmlərdə edam hökmlərinin icrasını sürətləndirir.

“Bu edam hökmlərini sıraya qoyurlar və onların neçə il sonra sırası gəlir. Yəni, ümumiyyətlə bir sıralama olur. Ancaq bu son dönəmlərdə biz şahid olduq ki, sıralama olmur və çox əcələ ilə tələm-tələsik edam hökmləri icra olunur. İndi bir yerdən əmr gəlir mi? Qətiyən gəlir, ancaq haradan əmr gəlir, bu bilinmir. Bu, ölkənin çox yüksək rəsmiləri tərəfindən qətiyən söhbət olunur və günün şərtlərinə görə qərar verilir ki, bu edamlar çox olsun ya az olsun. Xüsusilə o zamanlar ki, ölkədə aksiyalar baş verir və ya aksiyaların baş verməsi təhlükəsi var və ya hakimiyyət millətdən bir qorxu hiss edir, o zaman edamlar çoxalır. Necə ki, son zamanlarda çoxalıb,” o bildirib.

Musa Bərzin edamların artmasında İranın məhkəmə sisteminin aparıcı rolunun olmadığını vurğulayır.

Onun sözlərinə görə, “edamların azalıb çoxalması bir hüquqi məsələ deyil, bir siyasi və təhlükəsizlik məsələsidir.

“Bunun qərarını da daha çox təhlükəsizlik orqanları verir. Edamlar hüquqi prosedurlar əsasında deyil, çünki edamların qərarını məhkəmə sistemi versə, bu proses illər sürər. Yəni, normal vəziyyətdə mümkündür 5 il çəkə birisinin edamına qərar gələ və o qərar icra oluna.”

Hüquqşünas həmçinin İranda məcburi hicab qaydalarının tətbiqi ilə əlaqədar yenilikləri dəyərləndirib.

“Dövlət orqanları məsələn əmr edirlər ki, hicaba riayət etməyənləri xəstəxanaya almayın, dərman verməyin, onların maşınına bir müddətinə olsa da həbs qoyun, bəzi yerlərdə xidmət verməyin. Hətta bəzən görünür ki, İranda milli kod deyirlər, yəni hər kəsin bir kimlik nömrəsi var, onu qapadırlar və bir çox vətəndaşlıq xidmətləri verilmir. Bunların hamısı qanun xaricində baş verir. İran məhkəmələri də bu qanunsuzluğa baş əyir. ‘Hicab və İffət’ layihəsi də hələ qanun olmayıb. Əlbəttə yaxında çıxar. Hazırda etdiklərini qanuna keçirmək istəyirlər ki, artıq daha rahat olsunlar və məhkəmələrin də əli daha açıq olsun. Ancaq bu, qanun olsa da, insan haqlarına və hüquq prinsiplərinə ziddir,” deyə Musa Bərzin əlavə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG