Accessibility links

Pentaqon Rusiya ABŞ peykinin hərəkəti istiqamətinə kosmik silah göndərib


Pentagon Briefing
Pentagon Briefing

Pentaqon bildirib ki, Rusiya böyük ehtimalla kosmik silahı fəzaya buraxıb və onu ABŞ hökumətinin peyki ilə eyni orbitdə yerləşdirib.

“Rusiya aşağı Yer orbitinə peyk çıxarıb və ehtimal edirik ki, bu, aşağı Yer orbitindəki digər peyklərə hücum edə bilən əks-kosmik silahdır”, - Pentaqonun sözçüsü, Hərbi Hava Qüvvələrinin general-mayoru Pat Rayder çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, mayın 16-da buraxılan Rusiyanın "əks-kosmik silahı" ABŞ hökumətinin peyki ilə eyni orbitə yerləşdirilib. O həmçinin Vaşinqtonun vəziyyəti izləməyə davam edəcəyini və öz maraqlarını qorumağa hazır olduğunu əlavə edib.

“Bizim kosmik sahəni qorumağa və müdafiə etməyə hazır olmaq, Birgə və Birləşmiş Qüvvələrə davamlı və fasiləsiz dəstəyi təmin etmək kimi məsuliyyətimiz var”, - deyə o bildirib.

Çərşənbə axşamı Moskva Birləşmiş Millətlər Təşkilatında Vaşinqtonun Rusiyanın nüvə silahlarının yayılmaması təklifinə veto qoymasından sonra ABŞ-ı kosmosa silah yerləşdirməyə çalışmaqda ittiham edib.

“Onlar bir daha nümayiş etdirdilər ki, kosmos sahəsində onların əsl prioritetləri kosmosu istənilən növ silahlardan azad saxlamaq deyil, kosmosda silah yerləşdirmək və onu hərbi qarşıdurma meydanına çevirməkdir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında bildirib.

Hazırda dünya gücləri son aylarda kosmosu silahlandırmaq cəhdləri ilə bağlı çoxsaylı ittihamlar irəli sürürlər. Mübahisənin bir hissəsi kimi onlar, Birləşmiş Millətlər Təşkilatında nüvə silahının yayılmaması ilə bağlı rəqib təkliflər irəli sürüblər.

Rusiya keçən ay ABŞ-ın təşəbbüsünə veto qoyub, Moskvanın təklifi isə bazar ertəsi keçirilən səsvermədə ABŞ, Britaniya və Fransa tərəfindən bloklanıb.

ABŞ nümayəndəsi Robert Vud Rusiyanın bütün ölkələri “kosmosda silah yerləşdirilməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə” çağıran təklifini, diqqəti yayındırmaq cəhdi olduğunu deyib və Moskvanı “diplomatik qızışdırma” yaratmaqda ittiham edib.

Onun sözlərinə görə, Rusiyanın "ehtimal edilən" əks-kosmik silahı "ehtimal ki, aşağı Yer orbitində olan digər peyklərə hücum etmək iqtidarındadır".

Robert Vud bazar ertəsi səsvermədən əvvəl verdiyi açıqlamasında bildirib ki, “Rusiyanın bu yeni kosmik əks-hücum silahı ABŞ hökumətinin peyki ilə eyni orbitə yerləşdirib. Rusiyanın mayın 16-da həyata keçirdiyi buraxılışı, Moskvanın 2019 və 2022-ci illərdə aşağı Yer orbitinə əks-kosmik sistemlər buraxmasından sonra baş verib.”

Bu ilin fevral ayında Ağ Ev bildirmişdi ki, Rusiya peyk əleyhinə silah hazırlayır, onun mövcudluğu qanunvericilərin milli təhlükəsizliyə naməlum, lakin ciddi təhlükə barədə xəbərdarlıq etməsindən sonra təsdiqlənib.

Forum

XS
SM
MD
LG