Accessibility links

Qasırğa ABŞ-ın Ayova ştatında bir neçə insanın ölümünə səbəb olub


ABŞ-ın Ayova ştatındakı kiçik qəsəbədən keçən qasırğa evləri dağıdıb, avtomobilləri aşırıb, bir neçə nəfərin ölümünə səbəb olub. Ekstremal hava həmçinin külək turbinlərini əyərək aşırıb.

Qasırğanın təsirinə məruz qalan binalaradan biri də Qrinfild xəstəxanası olub. Ayova ştatının patrul çavuşu Aleks Dinklanın sözlərinə görə, yaralanan onlarla insan başqa yerlərə aparılmalı olub.

Dinkla çərşənbə axşamı gecə keçirdiyi mətbuat konfransında deyib ki, "təəssüf ki, ölüm hallarının olduğunu bildiririk." O ölənlərin sayının hesablandığını əlavə edib.

Dinkla şəhərin bütün sakinlərinin hesaba aldığını, lakin kiminsə itkin düşdüyü bildirilərsə, axtarışların davam etdiriləcəyini deyib.

Çərşənbə axşamı 2000 əhalisi olan Qrinfild şəhərini dağıdan fırtınalar İllinoys və Viskonsin ştatlarından keçərək şərqə irəlilədiyi bir vaxt iki ştatda on minlərlə insanı elektrik enerjisiz qoyub.

Milli Hava Xidməti çərşənbə axşamı çoxu Ayovada olmaqla, Viskonsin və Minnesotadan ümumilikdə 23 tornado xəbəri aldığını bildirib.

Qrinfild şəhər rəsmiləri məcburi komendant saatı elan edib və sakinlərin yalnız çərşənbə səhərinə qədər şəhərə girməsinə icazə verəcəklərini bildirib. Onlar həmçinin media nümayəndələrinə çərşənbə axşamı gecə şəhəri tərk etməyi əmr ediblər.

Fırtınadan sonra uçan evlərdən, budaqlardan, avtomobil hissələrindən və digər zibillərdən ibarət qalaqlar yaşayış ərazilərində toplanıb. Sakinlər hər tərəfə səpələnmiş mebel və digər əşyaları dağıntılar altından çıxarmaqda bir-birlərinə kömək ediblər.

Qasırğa həmçinin Ayova ştatının cənub-qərbində 76 metr uzunluğundakı külək turbinini də yıxıb. Turbinlərin bəziləri alovlanaraq havaya tüstü buraxıb.

Forum

XS
SM
MD
LG