Accessibility links

Blinken Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi çağırışının atəşkəs şanslarına zərər verdiyini bildirir


Blinken Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi çağırışının atəşkəs şanslarına zərər verdiyini bildirir
please wait

No media source currently available

0:00 0:03:35 0:00

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı Konqresə bildirib ki, girovların azad edilməsi müqabilində İsrail və HƏMAS militantları arasında atəşkəs razılaşmasının əldə edilməsi mümkün olaraq qalır, lakin Beynəlxalq Cinayət Məhkəməsinin İsrail liderlərinin həbsinə dair orderlə bağlı açıqlamaları davam edən səylərə mane olur. Blinkenin Konqres qarşısında ifadə verməsi proqressivlərin Bayden administrasiyasını İsrailə verdiyi dəstəyə görə tənqid etdiyi vaxta təsadüf edir.

Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və HƏMAS lideri Yəhya Sinvara qarşı müharibə cinayətləri iddiaları ilə bağlı qlobal həbs orderləri veriləcəyini elan etməsi Kapitolidə hər iki partiyanın tənqidlərinə səbəb olub.

Senator Ben Kardin, Senatın Xarici Əlaqələr Komitəsinin sədri

“Mən bunu tərəfləri bir araya gətirməyimizi daha da çətinləşdirəcək yanlış istiqamətdə bir addım kimi görürəm. Həmişə belə bir anlayış olub ki, Beynəlxalq Cinayət Məhkəməsi müstəqil məhkəmə sistemi olmayan ölkələrlə işləmək üçün yaradılıb. İsrailin müstəqil məhkəmə sistemi var”.

ABŞ-ın baş diplomatı bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin açıqlaması oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu, 1200-dən çox insanın ölümü və 250-yə yaxın insanın girov götürülməsi ilə başlayan münaqişədə atəşkəsə dair danışıqları çətinləşdirir.

ABŞ dövlət katibi Antoni Blinken: “Hesab edirəm ki, HƏMAS və İsrail rəhbərliyi arasında nəzərdə tutulan utancverici eyniləşdirmə belə bir razılaşmanın əldə olunması perspektivlərini daha da çətinləşdirir. Biz buna nail olmaq üçün irəliləməyə davam edəcəyik. Amma bu qərar dediyiniz kimi, bir çox cəhətdən tamamilə yanlışdır”.

Digər qanunvericilər açıqlamanı əhəmiyyətsiz hesab edirlər ...

Demokrat Senator Tim Keyn: “Prokurorun tövsiyəsi bu məsələyə verildiyi qədər diqqət yetirilməsinə dəyməz”.

Blinkenin ifadə verdiyi zaman etirazçılar dinləməni kəsməyə çalışaraq “Blinken, sən…qəssab kimi xatırlanacaqsan” qışqırıblar.

Bu, ABŞ-ın İsrailə dəstəyi ilə bağlı daxili fikir ayrılıqlarının bir hissəsidir.

HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişədə həm mülki, həm də militantlar daxil olmaqla 35 mindən çox fələstinli həlak olub.

Dövlət Departamentinin son hesabatında İsrailin mülki şəxslərə dəyən zərərin qarşısını almaq üçün beynəlxalq standartları belə görünür pozduğu, lakin ABŞ-ın İsrailə yardımı kəsmədiyi qeyd edilir.

ABŞ dövlət katibi Antoni Blinken: “Biz bəziləri hesabatda qeyd olunan bir sıra halları araşdırırıq. Qeyd edilən digər hallar təsbit edilməlidir. İsrail özü də öz qərarlarını vermək məqsədilə yüzlərlə hadisəni araşdırır və həqiqətən də İsraildə bu sahədə cinayət araşdırmaları aparılır. Müharibə gedən bir vaxt yerlərə çıxışımız olmadığı üçün yekun qərar vermək çox çətindir”.

Demokratlar Blinkenə xəbərdarlıq ediblər ki, dünya ABŞ-ın cavabını izləyir.

Demokrat Senator Kris Van Hollen: “Diqqət edən hər kəs üçün ağrılı şəkildə aydın olan odur ki, oktyabrın 7-dən bu günə qədər uzun müddət ərzində Netanyahu hökuməti ondan ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasını özbaşına məhdudlaşdırmaq və ya inkar etmək deyil, asanlaşdırmağı tələb edən beynəlxalq normalara riayət etməyib. Cənab dövlət katibi, bu, bütün dünyada etibarımıza xələl gətirir”.

Bu arada Senatın Xarici Əlaqələr komitəsində nüfuzlu respublikaçı Cim Riş deyib ki, ABŞ İsraili dəstəkləmək üçün kifayət qədər səy göstərmir.

Senatın Xarici Əlaqələr Komitəsində Respublikaçı Senator Cim Riş: “Administrasiya İsraili cərimələndirir. İsraili günahlandırmaqdan əl çəkilməlidir. İsrail HƏMAS-ı Qəzzadan çıxarmalıdır. Bu, irəli getməyin yeganə yoludur”.

BMT çərşənbə axşamı artıq Rəfahda yardım əməliyyatlarına çıxışı olmayacağını elan edib. Blinken qanunvericilərə deyib ki, ABŞ İsrailə regionda hücumunun mülki əhaliyə ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Forum

XS
SM
MD
LG