Accessibility links

Bayden və Tramp qadın seçicilərin səsləri uğrunda rəqabətdədir


Bayden və Tramp qadın seçicilərin səsləri uğrunda rəqabətdədir
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Qadınlar ABŞ-da seçicilərin yarısından çoxunu təşkil edir. Həm hazırkı prezidenti Co Bayden, həm də sabiq prezident Donald Tramp 2024-cü il seçki kampaniyasında qadınları narahat edən mövzulara daha çox diqqət ayırmağa davam edirlər.

ABŞ-da seçki təşviqatında qadın seçicilərlə bağlı əsas mövzular abort qanunları və reproduktiv hüquqlara fokuslanıb.

Amma amerikalı qadınlar üçün abortdan kənar mövzular da əhəmiyyətlidir və seçki kampaniyaları qadınlarla ünsiyyət zamanı iqtisadiyyat, səhiyyə və cinayət məsələrinə diqqət yetirir.

Minnesotada seçici Rebekka Censen deyir ki, prezident Co Bayden verdiyi doğru qərarlara görə daha çox tərifə layiqdir.

Rebekka Censen, Minnesota ştatından seçici: “Düşünürəm ki, mühit çox vacibdir. Düşünürəm ki, iqtisadiyat və səhiyyə vacibdur. Mən tibb bacısıyam və mən hələ də işdə tez-tez COVID şahidi oluram. İnsanlar deyir ki, post-pandemiyadayıq, amma həqiqətdə deyilik. Biz hələ də onun içindəyik. Ona görə də düşünürəm ki, Ağ Evdə elmə inanan şəxsin olması yaxşı şeydir”

Nevadada seçici Culi Benb Trampın ikinci prezidentlik müddətini istədiyini deyir.

Culi Benb, Nevada ştatından seçici: “O, iqtisadiyyat üçün yaxşı idi. Müharibə yox idi. Harmoniya var idi. Sülh var idi. Hamımız işləyirdik. Benzin qiyməti normal idi. O, ölkəsini sevir. O, yaxşı insandır. O, yaxşı ailə böyüdüb və biz onun arxasında dayanacağıq.”

Bayden qadınlara müraciət edərək, Ağ Evin qadın sağlamlığı tədqiqatı təşəbbüsü haqda məlumat verib.

Co Bayden, ABŞ prezidenti: “Bizim tibbin hər bir sahəsində əldə etdiyimiz irəliləyişıləri düşünün. Amma qadınlar diqqətdən kənarda qalıblar. Tədqiqatın sizin hər birinizə çatması çox uzun çəkir. ”

Baydenin seçki kampaniyası Analar Günündə Trampın mühacir ailələri ayırması siyasətini hədəf alan reklam yayımlayıb. Reklamda “Analara yaxşılıq edin, Trampı durdurun” mesajı verilir.

Tramp mühafizəkar xristian qadınlarla görüşündə Avropaya sülh gətirəcəyini deyib.

Donald Tramp, sabiq ABŞ prezidenti: “Prezident seçilməyimdən qısa müddət sonra, hətta Oval Ofisə gəlməyimdən öncə mən Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni həll edəcəm.”

Tramp qadın seçicilərə üz tutaraq cinayət və immiqrasiya mövzusunda sərt mesajlar səsləndirir.

Donald Tramp, sabiq ABŞ prezidenti: “Mənim şəhər kənarında yaşayan ev xanımları arasında dəstəyim yaxşıdır. Çünki bu qadınlar təhlükəsizlikdə qalmağı davam etmək istəyirlər. Evə girib cavahiratı, çantaları, cihazları, saatları və pulları oğurlayırlar. Sonra da insanlar soruşur ki, nə oldu? Əgər siz qeyri-qanuni əcnəbi cinayətkarların evinizə girməyini istəmirsinizsə, siz elə səs verməlisiniz ki, biz saxtakar Co Baydeni qova bilək və onun verdiyi zərəri yığışdıraq.”

Amerikalı Qadınlar və Siyasət Mərkəzi deyir ki, 1980-ci ildən bəri ABŞ prezident seçkilərində səs verən qadınların sayı kişilərdən çox olub. Pew Tədqiqat Mərkəzinin açıqlamasına görə, 2020-ci il seçkilərində Baydenin qadınlardan aldığı səs Trampdan 11 faiz çox idi.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG