Accessibility links

Rusiya ordusunun baş qərargah rəisinin müavini rüşvət ittihamı ilə həbs edilib


Vadim Şamarin
Vadim Şamarin

Rusiya mətbuatı cümə axşamı məlumat verib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edilib.

General-leytenant Vadim Şamarin son bir ayda rüşvət ittihamı ilə həbs olunan dörd yüksək rütbəli ordu rəsmisindən biridir.

Müdafiə nazirinin müavini Timur İvanov barəsində aprelin 23-də rüşvət almaq şübhəsi ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiə nazirliyinin kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov və Rusiyanın 58-ci ordusunun keçmiş komandiri general-mayor İvan Popov da bəznər ittihamlarla üzləşir.

Xəbərlərdə deyilir ki, istintaq çərçivəsində Şamarinin evində axtarış aparılıb. Onun barəsində iki ay həbs qətimkan tədbiri seçilib. Onun özünü təqsirli heasb edib-etməyəcəyi bəlli deyil.

Şamarin 2020-ci ildən bəri hərbi kommunikasiyalarla məşğul olan ordunun Siqnal Korpusuna nəzarət edirdi.

Kreml məsələ ilə bağlı təfərrüatları açıqlamayıb. O bildirib ki, bir sıra dövlət idarələrində korrupsiya ilə mübarizə işləri aparılıb.

“Korrupsiyaya qarşı mübarizə davaml işdir,” Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı mətbuat konfransında deyib. “Bu kampaniya deyil. Bu davamlı olaraq aparılan işdir. Bu, bizim hüquq-müharifə orqanlarımızın fəaliyyətinin tərkib hissəsidir.”

Yerli məlumatlara görə, Moskva vilayəti üzrə federal həbsxana xidmətinin rəis müavini Vladimir Telayev də cümə axşamı külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edilib.

Müstəntiqlər cümə axşamı Moskva məhkəməsindən Telayev barəsində həbs qətimkan tədbiri seçməsini istəyib

Forum

XS
SM
MD
LG