Accessibility links

Bayden və Tramp seçkilərin taleyini həll edə biləcək ştatlardan biri olan Pensilvaniyada fəaldırlar


Bayden və Tramp seçkilərin taleyini həll edə biləcək ştatlardan biri olan Pensilvaniyada fəaldırlar
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Pensilvaniya 2024-cü il ABŞ prezident seçkilərinin taleyini həll edə biləcək əsas ştatlardan biri hesab olunur. Baydenin və Trampın seçki kampaniyaları bu ştatın seçicilərinin səsini qazanmaq uğrunda rəqabət aparırlar.

Pensilvaniya bu seçkidə hər iki tərəfə meyllənə biləcək siyasi cəhətdən bölünmüş böyük ştatdır.

Maykl Sanses Pensilvaniyanın Templ Universitetində siyasi elm dərsi keçir.

Maykl Sanses, Siyasi Elmlər Departamenti, Templ Universiteti: “Biz 2016-da ildə Donald Trampı seçdik. Biz 2020-də Co Baydeni seçdik. Hər iki seçkidə qalib çox kiçik fərqlə muəyyən edildi. 40 min və 80 min səs. Biz belə kiçik fərqlə iki yerə bölünmüşük.”

Sanses deyir ki, Pensilvaniya seçicilərinin bu seçkidə əsas narahatlıqları iqtisadiyyat və immiqarasiyadır.

Maykl Sanses: “Bayden komandası iqtisadiyyatda olan müsbət məqamları qabartmağa çalışır. Amma belə görünür ki, ümumi əhali bunu tam olaraq hiss etmir. Onlar hələ də iqtisadiyyatdan narahatdırlar. İnsanlar immiqrasiya və cənub sərhədindən narahatdır. Pensilvaniya cənub sərhədinən uzaq olsa belə.”

Tramp Pensilvaniyada Baydeni sərhəd siyasəti və təmiz enerji təşəbbüslərinə görə tənqid edir.

Donald Tramp, ABŞ-ın sabiq prezidenti: “Bir düşünün biz nələr yaşayırıq… Sərhəd problemi, enerji müstəqilliyinin yoxluğu... Bütün bu elektrik maşınları... Siz ömrünüzün sonuna qədər sürəcəyiniz elektrik maşın almaq istəyərsiz?”

Elektrik avtomobillər və Çin idxalı ştatın siyasi fəal və təşkilatlanmış həmkarlar ittifaqı üçün həssas mövzudur.

Bayden ədalətsiz rəqabətin ABŞ işçilərinə təsir ediyini deyərək, bu ay Çin elektrik avtomobillərinin idxal tarifini dörd dəfə artırıb

Co Bayden, ABŞ prezidenti: “Mən gələcək elektrik avtomobillərin Amerikada, həmkarlar ittifaqı işçiləri tərəfindən istehsal edilməsini isəyirəm. Nöqtə.”

Tramp Pensilvaniyada silah sahiblərə deyib ki, Baydenin şəxsiyyəti ona daha dörd il prezident olmağa imkan vermir.

Donald Tramp: “Co Bayden ən pisidir. Bizim ölkəmizin tarixində ən bacarıqsız və ən rüşvətxor prezidentdir.”

Bayden Pensilvaniyanın Skranton şəhərində böyüyüb. İşçi sinfi ailəsinə mənsubluğunu vurğulayan Bayden Trampı milyarderlərə baş əyən şəxs kimi təsvir edib.

Co Bayden: “Hər birimiz böyüyəndə bənzər insanlar tanımışıq. Mənim Amerika üçün baxışım ümid və fürsətdir. Sizin kimi amerikalı işçi sinfinin baxışı kimi.”

Baydenin seçki yoldaşı, vitse-prezident Kamala Harris, bu həftə təşviqat üçün Pensilvaniyada idi. Bu il artıq dördüncü dəfə.

Kamala Harris, ABŞ vitse-prezidenti: “Biz Amerika vədinə inanırıq. Biz bəzilər üçün yox, hər kəs üçün azadlıq, bərabərlik, imkanlar və ədalət vədinə inanırıq.”

Harris seçicilərə Tramp və tərəfdaşlarının dediklərindən yanılmamalı olduqlarını deyib.

Kamala Harris: “Bu an ekstrimistlər ölkəmizi iki yerə bölməyə çalışırlar. Biz onların ksenofobiya və nifrət təfviq etdiklərini görürük.”

Tramp pensilvaniyalılara deyib ki, Amerikanın mövqeyini bərba edəcək.

Donald Tramp: “Biz evdə Amerikanın gücünü bərpa edəcəyik. Biz dörd il öncə bütün dünyada hörmət edilirdik. Bu gün isə bizə lağ edirlər. Amma bu, çox davam etməyəcək.”

Philadelphia Inquirer dərgisinin bu ay keçirdiyi siyasi sorğusuna əsasən Bayden və Tramp ştatda eyni sayda dəstəyə malikdirlər. Amma Baydenin gənc və qeyri-ağ əhali arasında dəstəyi dörd il öncəki göstəricilərlə müqayisədə daha aşğıdır. Hər iki qrup 2020-ci ildə Baydenin ştatda qələbəsinin mərkəzində idilər.

Forum

XS
SM
MD
LG