Accessibility links

Urmiyədə yağış səbəbindən yaşayış məntəqələri su altında qalıb


Urmiyədə daşqın
Urmiyədə daşqın

Mayın 24-də yağan güclü yağış və dolu səbəbindən Urmiyə şəhərinin müxtəlif yerlərində bir sıra yaşayış evlərini su basıb.

Rəsmi dövlət xəbər agentliyi İRNA-nın Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinə istinadən yaydığı məlumata görə, Urmiyədə daşqın səbəbindən 48 yaşayış məntəqəsi su altında qalıb.

Urmiyə bələdiyyəsinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri təşkilatı, sakinlərdən yanğınsöndürmə idarəsinə 1500 zəng gələrək, kömək istənildiyini bildirib.

Urmiyənin bəzi məntəqələrində avtobuslarım hərəkət edə bilməməsi səbəbilə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Qərbi Azərbaycan valisi Urmiyə meri ilə birlikdə yaranan fövqəladə vəziyyətlə bağlı böhranı idarəetmə iclası keçirilməsinə qərar verib.

Sosial mediada yayılan bəzi görüntülərə əsasən, şəhərin bəzi məhəllələrində sakinlər evlərinə suyun daxil olmasının qarşısını almaq üçün məhdud imkanlarla maneələr yaradıblar. Bəzi şəhər sakinləri şəhərdə su basmış yolların və yeraltı keçidlərin video-göröntülərini paylaşaraq şəhər rəhbərliyinin idarəçiliyini tənqid ediblər.

Bələdiyyənin şəhər xidmətləri bölməsi şəhər üçün təhlükəli hesab edilən narıncı vəziyyət elan edib. Həmçinin Qərbi Azərbaycan Meteorologiya İdarəsi cümə günündən etibarən vilayətin bəzi bölgələrində yağış yağacağını, şimşək çaxacağını, nisbətən güclü küləyin əsəcəyini və bu durumun mayın 25-ə qədər də davam edəcəyini proqnozlaşdırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG