Accessibility links

Tehran-Təbriz reysi üzrə uçan təyyarə Ərdəbilə təcili eniş edib


Ərdəbil havalimanı
Ərdəbil havalimanı

Iran Air aviaşirkətinə məxsus Fokker-100 sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Ərdəbil hava limanına məcburi eniş edib.

Bununla bağlı Mehr xəbər agentliyi Ərdəbil Hava Limanlarının rəhbəri Məhəmməd Qəsəbiyə istinadən xəbər verib ki, mayın 24-də gecə 22 radələrində texniki nasazlıq səbəbindən Təbriz hava limanına enə bilməyən Tehran-Təbriz reysi Ərdəbil hava limanına təcili eniş edib.

İSNA xəbər agentliyi Ərdəbil Tibb Elmləri Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verib ki, təcili eniş nəticəsində Tehran-Təbriz marşrutu ilə uçan 445 nömrəli reysin 4 sərnişini ürək bulanması, başağrısı və qulaq ağrılarından əziyyət çəkib.

Bu xəbərə görə, xəsarət alan sərnişinlərə yerindəcə tibbi yardım göstərilib və bütün sərnişinlər quru yolu ilə Təbrizə yola düşüblər.

Yerli medianın sosial mediada yayımladığı təyyarənin içindən çəkilmiş video-görüntüdə təyyarənin oksigen maskalarının açıldığı müşahidə olunur.

Forum

XS
SM
MD
LG