Accessibility links

Xarkivdə hipermarketə vuralan zərbə nəticəsində ölənlərin sayı 16-ya çatıb


Şənbə günü Xarkivdə “Episentr” tikinti hipermarketinə Rusiya ordusunun endirdiyi zərbə nəticəsində həlak olanların sayı 16-ya çatıb. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleh Sinyehubov məlumat verib.

Xarkiv vilayətinin prokurorluğu daha öncə 13 nəfərin həlak olduğunu və onlardan doqquzunun şəxsiyyəti müəyyən edilmədiyini bildirmişdi.

Xəsarət alanların sayı 43 nəfərdir. Həmçinin bildirilir ki, xəsarət alanlar arasında 14 yaşlı yeniyetmə var. Prokurorluğun məlumatına əsasən, 25 may tarixində Rusiya zərbələri nəticəsində xəsarət alanların ümumi sayı 68 nəfərdir.

Xarkiv vilayətinin hərbi administrasiyasının rərbəri Oleh Sinyehubov dəqiqləşdirir ki, zərbə “Episentr” hipermarketində yanğın başladıb və 13,5 min kvadrat metr əraziyə yayılıb. Onun sözlərinə görə, nəticədə hipermarketin konstruksiya elementlərinə zərər dəyib.

26 may tarixində Rusiya ordusu yenidən Ukrayna ərazisinə zərbələr endirib. Ölkədə geniş hava hücumu xəbərdalığı verilib.

Ukrayna Hava Qüvvələrinin verdiyi məlumata görə, Ukraynanın Hava Hücumundan Müdafiə Sistemi iki “Kinjal” raketini istisna olmaqla, gecə ərzində Rusiya qüvvələri tərəfindən buraxılan dronların və raketlərin hamısı vurub. Ümumilikrə 12 qanadlı raket və 31 “Shahed” dronu vurulub.

Forum

XS
SM
MD
LG