Accessibility links

Ermənistanın şimalında çayın daşması nəticəsində yollar və körpülər dağılıb, ölən var


Ermənistanın şimalında Debed çayının daşması nəticəsində yollar və körpülər dağılıb, evlər və digər tikililər su altında qalıb, bir nəfər ölüb. Bu barədə Azadlıq Radiosunun erməni xidməti xəbər verir.

Vanadzor-Alaverdi avtomobil yolunun bir hissəsi dağılıb. Ermənistan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, həmin yoldan keçən “Opel” markalı avtomobil suya düşüb, içərisində olan şəxs isə həlak olub. Ayrum-Alaverdi avtomobil yolunda iki nəfərin olduğu yük maşını ilişib. Daha bir yaşlı şəxs çaya düşüb. Xilasetmə tədbirləri görülür.

Debed çayı üzərindən Karkop kəndinə və Alaverdi şəhərinə gedən körpülər dağılıb, Axtala şəhəri və Axtala qəsəbəsinə gedən keçidlər tamamilə su altında qalıb. İlkin məlumatlara görə, 232 nəfər təhlükəli ərazilərdən təxliyə edilib.

"Hazırda Tumanyan şəhərini tərk etmək mümkün deyil", - yerli sakinlərdən biri "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Axtarış-xilasetmə və qəza-bərpa işləri davam edir. Hazırda daşqın yerində Daxili İşlər Nazirliyinin 30 bölməsi və 324 xilasedicisi çalışır.

Forum

XS
SM
MD
LG