Accessibility links

Belqorod qubernatoru: Atəş nəticəsində gün ərzində vilayətinin dörd sakini həlak olub


Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, mayın 25-də atışma nəticəsində 4 nəfər həlak olub.

Vilayət rəhbərinin sözlərinə görə, ikisi uşaq olmaqla 18 nəfər xəsarət alıb. Dörd nəfər reanimasiyadadır və onların vəziyyəti ağır olaraq qalır.

Bir gün əvvəl Qladkov bildirib ki, Belqorod şəhəri və Belqorod vilayəti ərazisində hava hücumundan müdafiə sistemi işə düşüb və şəhərə yaxınlaşarkən 29 hava hədəfi vurulub.

Rusiya Müdafiə Nazirliyi ötən gecə hava hücumundan müdafiə qüvvələrinin Kursk və Oryol vilayətləri ərazisi üzərində 13 pilotsuz uçuş aparatının vurulduğunu bildirib. İdarənin məlumatına görə, Kursk vilayəti üzərində on, Oryol vilayəti üzərində isə üç pilotsuz təyyarə vurulub.

Oryol vilayətinin qubernatoru Andrey Klıçkov daha əvvəl bildirmişdi ki, pilotsuz təyyarələrin hücumlarından sonra heç kim xəsarət almayıb və dağıntı olmayıb.

Kursk vilayətinin başçısı vəzifəsini icra edən Aleksey Smirnov Rılski və Kurçatovski vilayətlərində vurulan 7 pilotsuz təyyarə haqqında məlumat verib.

Forum

XS
SM
MD
LG