Accessibility links

HƏMAS raket zərbələri ilə Təl-Əvivi hədəf alıb


Bazar günü HƏMAS-ın silahlı qanadı aylar ərzində ilk dəfə olaraq İsrailin ticarət mərkəzi olan Təl-Əvivi hədəf alan raket zərbəsi həyata keçirib. İsrail-HƏMAS arasında müharibə səkkizinci ayındadır.

Raket zərbəsi zamanı hava hücumu sirenləri səsləndirilib. İsrail itkilər və dağıntılar barədə dərhal məlumat verilmədiyini söylədi. Baxmayaraq ki, müharibə müddətində HƏMAS Qəzza sərhədi boyunca İsrailə raket və minaatanlardan atıb, bu hücum yanvar ayından bəri Qəzzadan edilən ilk uzunmənzilli raket hücumu idi. Raket atışlarının səsi Qəzzanın mərkəzindən eşidildiyi bildirilir.

HƏMAS-ın İzzəddin Əl-Qəssam Briqadaları Telegram-dakı paylaşımında bildiriblər ki, onlar “sionistlərin mülki əhaliyə qarşı törətdiyi qırğınlara cavab olaraq Təl-Əvivi raket zərbələri ilə hədəfə alıblar”.

İsrail ordusu bildirib ki, səkkiz mərmi Qəzzanın cənubundakı Rəfah şəhəri yaxınlığından atıldıqdan sonra İsrail ərazisinə keçib. İsrail mərmilərin "bir neçəsinin" tutulduğunu bildirib.

Misirlə yeni razılaşmaya əsasən humanitar yardım maşınları Qəzzaya daxil olmağa başlayır

Bazar günü humanitar yardım daşıyan yük maşınları İsrailin cənubundan Qəzza ərazisinə daxil olub. Bu, Misirlə Rəfah keçidini yan keçmək məqsədilə əldə edilən razılaşma əsasında həyata keçirilir. İsrail qüvvələri ayın əvvəli həmin keçidin ərazisinə ələ keçiriblər. Ərazidə davam edən döyüşlər səbəbindən humanitar qrupların yardımı əldə edə bilib-bilməyəcəkləri hələlik aydın deyil.

Misir Qəzza tərəfinə nəzarət fələstinlilərə qaytarılana qədər Rəfah keçidini açmaqdan imtina edir. ABŞ prezidenti Co Bayden və Misir prezidenti Əbdülfəttah əs-Sissi arasında telefon danışığından sonra humanitar yardımın Qəzzanın əsas yük terminalı olan İsrailin Kerem Şalom keçidi vasitəsilə keçirilməsinə razılıq verib.

Lakin bu keçid İsrailin yaxınlıqdakı Rəfah şəhərindəki hücumu ilə əlaqəli döyüşlər səbəbindən əlçatmaz olub. İsrail yüzlərlə yük maşınının əraziyə daxil olmağa icazə verildiyini bildirir. Lakin Birləşmiş Millətlər Təşkilatının agentlikləri humanitar yardımı qarşı tərəfdən götürməyin adətən çox təhlükəli olduğunu deyir.

Minlərlə israilli girovların qaytarılması tələbilə nümayiş keçirib

Şənbə günü minlərlə israilli Təl-Əvivdə mitinq keçirərək, bir neçə nəfərin cəsədinin çıxarılmasından sonra Qəzzada saxlanılan girovları evlərinə qaytarmaq üçün hökumətdən təcili tədbirlər görülməsini tələb edib.

Agence France-Presse-in müxbirinin verdiyi məlumata görə, etirazçılar Tel-Əvivin Girovlar Meydanında bu ay İsrail əsgərləri tərəfindən cəsədləri çıxarılan əsirləri bir dəqiqəlik sükutla yad ediblər.

Ordu cümə günü bildirib ki, əsgərlər Qəzza zolağının şimalında Cəbəliyyədə gecə ərzində apardıqları əməliyyat zamanı üç girovun cəsədini çıxarıblar.

Hərbçilərin bəyanatında deyilir ki, Çanan Yablonka, braziliyalı-israilli Mişel Nisenbaum və fransalı-meksikalı Orion Hernandez Radonun qalıqları çıxarılıb və məhkəmə-tibbi ekspertizadan sonra onların ailələrinə məlumat verilib.

"Bir neçə saatdan sonra mən 42 yaşlı qardaşımı dəfn edəcəm... Bu andan qorxurdum", - deyə Yablonkanın bacısı Avivit şənbə günü keçirilən mitinqdə deyib.

“Qardaşım, sənə söz verirəm ki, bundan sonra da qışqırmağa, dəstəkləməyə, mübarizə aparmağa və bütün girovların sağ-salamat evlərinə qayıtması üçün hər şeyi edəcəyəm... Onları indi bu cəhənnəmdən çıxarmaq lazımdır”, - o əlavə etdi.

Daha dörd girovun - Ron Benyamin, Yitzak Gelerenter, Şani Louk və Amit Buskilanın cəsədləri ötən həftə çıxarılıb.

Yaxın ərazidə daha bir nümayiş - baş nazir Benyamin Netanyahunun istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə aksiya keçirilib.

İsrail və HƏMAS arasında artıq səkkizinci aydır davam edən müharibə 35,800-dən çox fələstinlinin ölümünə səbəb olub. Qəzzanın Səhiyyə Nazirliyi təqdim ediyi bu sayda mülki əhali və döyüşçülər arasında fərq qoyulmur. Qəzza əhalisinin 2,3 milyon əhalisinin təxminən 80%-i evlərini tərk edib. BMT rəsmiləri deyirlər ki, ərazinin bir hissəsində aclıq hökm sürür.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək, əksəriyyəti mülki şəxslər olmaqla 1200-ə yaxın insanı öldürdü və 250-yə yaxın girov götürdü. Bu hücumdan sonra İsrail HƏMAS-ı tamamilə aradan qaldırmaq məqsədilə Qəzza ərazisində hərbi əməliyyatlara başladı. HƏMAS militantları hələ də 100-ə yaxın girovu və 30-a yaxın şəxsin qalıqlarını saxlayır. Digər girovlar isə ötən il əldə edilən razılıq əsasında geri qaytarılmışdı.

Forum

XS
SM
MD
LG