Accessibility links

Papua Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 670 nəfərdən çox insanın öldüyü bildirilir


Beynəlxalq Miqrasiya Təşkilatı bazar günü Papua Yeni Qvineyada baş verən güclü sürüşmə nəticəsində ölənlərin sayının 670-dən çox olduğunu bildirib.

BMT-nin ölkə missiyası rəhbəti Serhan Aktoprak ölənlərin sayının Yambali kəndi və Enqa əyalətinin rəsmilərinin təqdim etdiyi rəqəmlərə əsasən yeniləndiyini bildirib.

"Onlar hazırda 670-dən çox insanın torpağın altında olduğunu təxmin edirlər", - Aktoprak Associated Press-ə bildirib.

Cümə günü yerli rəsmilər ölənlərin sayının 100 və ya daha çox olduğunu bildirmişdilər. Bazar gününə qədər yalnız beş insanın cəsədi və altıncı qurbanın bir ayağı çıxarılıb.

Aktoprak bildirir ki, xilasedicilər 6-8 metr dərinlikdə torpağın və dağıntıların altında sağ qalanları tapmaq ümidini itirib.

Hökumət orqanları üç-dörd futbol meydançası ölçüsündə ərazini əhatə edən və əyalətdən keçən əsas magistral yolunu kəsən kütləvi dağıntıların hər iki tərəfində daha təhlükəsiz yerdə təxliyə mərkəzləri yaradıb.

Papua Yeni Qvineya Müdafiə Naziri Billi Cozef və hökumətin Milli Fəlakət Mərkəzinin direktoru Laso Mana ehtitacı dəyərləndirmək üçün bazar günü Port Moresbidən vertolyotla Vabaqa uçublar.

Aktoprak hökumətin çərşənbə axşamına qədər daha çox beynəlxalq yardım tələb edib-etməyəcəyinə qərar verəcəyini gözlənildiyini bildirib.

Papua Yeni Qvineya 800 dil və 10 milyon əhalisi olan inkişaf etməkdə olan bir ölkədir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG