Accessibility links

İspaniyanın baş naziri bildirib ki, Fələstin dövlətinin tanınması sülhə aparan yeganə yoldur


İspaniyanın Xarici İşlər Naziri Pedro Sançez
İspaniyanın Xarici İşlər Naziri Pedro Sançez

İspaniya, Norveç və İrlandiya çərşənbə axşamı Fələstin dövlətini tanıyaraq, İsrail tərəfindən sərt tənqidə məruz qalan bir addımla 140-dan çox ölkəyə qoşulub.

Norveçin xarici işlər naziri Espen Bart Eyde beynəlxalq ictimaiyyəti iki dövlətli həll yolu istiqamətində işləməyə çağırıb. O həmçinin Fələstin Administrasiyasını islahatlar üzərində işlədiyinə görə tərifləyib və İsrail hökumətini “konstruktiv qarşılıqlı fəaliyyət əlaməti göstərmədiyinə” görə günahlandırıb.

İspaniyanın Baş naziri Pedro Sançes çərşənbə axşamı deyib ki, Fələstin dövlətinin tanınmasının məqsədi “israillilərlə fələstinlilər arasında sülhün əldə olunmasına töhfə verməkdir”.

“Bu, hamımızın gələcək sülhə, yəni İsrail dövləti ilə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan Fələstin dövlətinə nail olmaq üçün yeganə mümkün həll yolu kimi tanıdığımız həlli həyata keçirmək üçün tək yoldur” - deyə, Sançez əlavə edib.

İspaniya, Norveç və İrlandiya ilk olaraq keçən həftə Fələstin dövlətini tanımaq niyyətlərini açıqlamışdılar. İsrail bu addımı HƏMAS-a hədiyyə adlandırıb və etiraz əlaməti olaraq hər üç ölkədən səfirlərini geri çağırıb. İsrailin xarici işlər naziri İsrael Katz çərşənbə axşamı bildirib ki, İspaniya hökuməti “yəhudilərə qarşı soyqırımı və müharibə cinayətlərinə təhrik etməkdə şəriklik edir”.

Sançez çərşənbə axşamı deyib ki, Fələstin dövlətini tanımaq qərarı “iki dövlətli həllə qarşı olan terror təşkilatı HƏMAS-ı qəti şəkildə rədd etdiyimizi əks etdirir”.

O daha sonra bildirib ki, bu addım “heç kimə, xüsusilə də İsrailə qarşı deyil”.

Sançez İspaniyanın mövqeyinin İsrail və Fələstinlilər tərəfindən dəyişikliklərlə razılaşdırılmadığı təqdirdə, 1967-ci il sərhədlərini və dəhlizlə birləşən İordan çayının qərb sahili və Qəzzanı və paytaxt olaraq Şərqi Qüdsü əhatə edən Fələstin dövlətini dəstəkləməkdən ibarət olduğunu bildirib.

“Biz sülh prosesinin sonunda Fələstini tanımaq istəyirdik, lakin sülh möcüzəsini yaşatmaq üçün İspaniya və Norveçlə birlikdə bu addımı atdıq”, İrlandiyanın baş naziri Simon Harris açıqlamasında bildirib.

İrlandiya parlamentinin toplaşdığı Dublindəki Leinster Evinin qarşısında Fələstin bayrağı qaldırılıb.

Qərbin böyük dövlətlərinin heç biri Fələstin dövlətini tanımır.

Harris çərşənbə axşamı deyib ki, Avropa İttifaqı İsrailə qarşı iqtisadi sanksiyaları nəzərdən keçirməlidir. “Avropa atəşkəs əldə etmək üçün daha çox şey edə bilər” deyə o bildirib.

İsrail-HƏMAS müharibəsi HƏMAS-ın oktyabr ayında İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200 nəfərin ölümü və təxminən 250 nəfəri girov götürməsi ilə nəticələnən hücumundan sonra başlayıb.

Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin bundan sonrakı əks-hücumunda 36 mindən çox fələstinli həlak olub, ölənlərin sayına həm mülki şəxslər, həm də döyüşçülər arasında olanlar daxildir.

Forum

XS
SM
MD
LG