Accessibility links

Gürcüstan parlamenti prezidentin “xarici agent” qanununa vetosunun ləğv edilməsinə səs verib


Tbilisinin mərkəzində parlament binası qarşısında toplaşan nümayişçilər "xarici təsir" qanununa etiraz edir. 28 may 2024-cü il
Tbilisinin mərkəzində parlament binası qarşısında toplaşan nümayişçilər "xarici təsir" qanununa etiraz edir. 28 may 2024-cü il

Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin “xarici agent” adlandırılan qanuna qoyduğu vetosunu ləğv etməsi parlament binası qarşısında toplaşan nümayişçilərin qəzəbinə səbəb olub. Bu addım eyni zamanda ölkənin Avropa İttifaqına doğru istəklərini təhlükə altına qoyur.

Hakim “Gürcü Arzusu” partiyası gözlənildiyi kimi, mayın 28-də vetonun ləğv edilməsinə nail olub. Hakim partiya Demokratik Gürcüstan partiyası ilə ittifaqa girərək, palatadakı 150 yerdən 84-nə malikdir. Zurabişvilinin vetosunu ləğv etmək üçün isə 76 səs çoxluğu tələb olunurdu.

Qanun indi yenidən imzalanmaq üçün Zurabişviliyə qayıdır. Əgər o, bundan imtina edərsə, parlamentin spikeri, hakim “Gürcü arzusu” partiyasının üzvü Şalva Papuaşvili qanunu imzalayıb dərc edə bilər.

Qanunun təsdiqi mayın 28-də Avropa İttifaqının və bir sıra üzv dövlətlərin Gürcüstan qanunvericilərinə Kreml tərəfindən müxalifəti və ifadə azadlığını susdurmaq məqsədilə təqdim edilən qanunvericiliyə bənzədiyi üçün tez-tez “Rusiya qanunu” adlandırılan qanuna prezidentin vetosunu ləğv etməmələri ilə bağlı son müraciətlərinə baxmayaraq həyata keçirib.

Gürcüstan paytaxtı Tbilisidə etirazçılar yenidən parlament binası qarşısında toplaşaraq, etirazlarını bildiriblər. “Rusiya qanununa yox!” və “Qullar!” şüarlar səsləndirən və əksəriyyəti gənclərdən ibarət olan onlarla etirazçı parlament binasının arxa girişində toplanmış çevik polisin sıx iştirakı fonunda Gürcüstan və Aİ bayraqları dalğalandırıb.

Dərin mübahisələrə səbəb olmuş qanun ictimaiyyətin həftələrlə davam edən etirazları və Qərbin qanundan vətəndaş cəmiyyətini boğmaq üçün istifadə ediləcəyi ilə bağlı narahatlıqları ilə qarşılanıb.

Qanun maliyyəsinin 20 faizindən çoxunu xarici mənbələrdən alan vətəndaş cəmiyyəti və media təşkilatlarından hələ müəyyən edilməmiş cinayət əməllərinə görə sanksiyaları əhatə edə biləcək nəzarətə tabe olmağı tələb edəcək.

Həm ABŞ, həm də Avropa İttifaqı Moskvaya yaxın maqnat Bidzina İvanişvilinin təsis etdiyi hakim “Gürcü Arzusu”na xəbərdarlıq edib ki, tənqidlərə məhəl qoymamaq və etirazçılara qarşı zorakılıq tətbiq etmək mənfi nəticələrə gətirib çıxaracaq.

Gürcüstan dekabr ayında Aİ-na namizəd ölkə statusunu əldə etsə də hələ illər davam edə biləcək faktiki üzvlük danışıqlarına başlamayıb. Bu danışıqların isə ilin sonunda başlaya biləcəyinə ümid var idi. Lakin Brüssel “xarici agent” qanununun Avropaya gedən yolu təhlükə altına sala biləcəyi barədə xəbərdarlıq edib.

Mayın 27-də Avropa İttifaqına üzv olan yeddi ölkənin - Çexiya, Estoniya, Latviya, Litva, Fransa, Hollandiya və Polşanın parlament spikerləri birgə bəyanat yayaraq Gürcüstan deputatlarını qanunu ləğv etməyə çağırıblar.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşviliyə ünvanlanan bəyanatda deyilir ki, Gürcüstanda baş verən son hadisələr “narahatlıq” doğurur və Gürcüstan hökumətinin hərəkətləri Gürcüstanın hörmətlə yanaşmağı öhdəsinə götürdüyü dəyərlər və prinsiplərə ziddir.

Mayın 27-də Aİ-nin xarici siyasət komissarı Cozef Borrell bildirib ki, blok Gürcüstanın qanunu qəbul etdiyi halda buna cavab variantlarını nəzərdən keçirməyə başlayıb. O, qərarın gələn ay veriləcəyini bildirib.

Gürcüstanın ombudsmanı Levan İoseliani də mayın 27-də xəbərdarlıq edib ki, qanunun vətəndaş cəmiyyətinə vuracağı zərəri məhdudlaşdırmaq üçün dəyişikliklərə ehtiyac var.

“Bu qanunun bu formada qəbul edilməsi, məncə, artıq bütövlükdə [demokratik] prosesə ciddi zərər vurub”, İoseliani mayın 27-də Tbilisidə keçirilən mətbuat konfransında qanunun təsirləri barədə xəbərdarlıq edərkən deyib.

Birləşmiş Ştatların mayın 26-da Gürcüstanın Müstəqillik Günü münasibətilə açıqladığı bəyanatında ABŞ-ın “Gürcü xalqının Avro-Atlantik gələcəyə dair istəklərini güclü şəkildə dəstəkləməyə davam edəcəyi” bildirilir.

“Biz Gürcüstan liderlərini Gürcüstanı düzgün istiqamətdə irəliləmək üçün lazımi addımları atmağa çağırırıq”,ABŞ dövlət katibi Antoni Blinken deyib.

Keçən həftə Blinken Gürcüstan hökumət rəsmiləri üçün viza məhdudiyyətləri və “xarici agent” qanunu ilə əlaqədar olaraq Tbilisi ilə ikitərəfli münasibətlərin hərtərəfli nəzərdən keçiriləcəyini elan edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG